Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Sentyabr

2019
11:46
619
ABŞ-ın neft obyektlərinə hücum hədəsinə İran cavab verdi

Amerikalı senatorun İranın neft obyektlərinə hücum ehtimalını nəzərdən keçirmək təklifi absurddur. FaktXeber.com-un verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi bəyan edib.

"Bu cür açıqlamalar yersiz və absurddur", -  deyə Musəvi mətbuat konfransı zamanı bildirib.

Xatırladaq ki, bundan əvvəl Respublikaçı senator Lindsi Qrehem Tehranın "təxribatlarını davam etdirəcəyi" təqdirdə İranın neft obyektlərinə hücum ehtimalını müzakirə etmək üçün səlahiyyətlilərə müraciət edib. Bu sözlər ABŞ Dövlət katibi Mayk Pompeonun Səudiyyə Ərəbistanının neft emalı zavoduna hücumlarda İranı günahlandırdıqdan sonra deyilib.

İran Xarici İşlər Nazirliyi Pompeonun ittihamlarını "yalan" adlandırdı.

Şənbə günü neft obyektlərinə hücumdan sonra ən böyük ixracatçı və üç ən böyük neft istehsalçısından biri olan Səudiyyə Ərəbistanı hasilatı gündəlik 9,8 milyon səviyyəsindən 5.7 milyon barelə qədər azaltdığını söyləmişdi.

Yəmənin Ənsarullah hərəkatının üzvləri hücumda məsuliyyəti öz üzərlərinə götürüblər. Buna rəğmən Pompeo, hücumun Yəməndən gəldiyinə dair heç bir dəlil olmadığını ifadə edərək, birbaşa İranı günahlandırdı.

Məqalədə : Abbas Musəvi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yanan avtomobili polis söndürdü - VİDEO

17

Oktyabr
16:42
HÜQUQ,HADİSƏ
56

Gəncədə doğuş zamanı körpə ölüb

17

Oktyabr
16:05
HÜQUQ,HADİSƏ
27

Facebook və Instagram çökdü

17

Oktyabr
15:40
DÜNYA
114

Bakıda minik avtomobilləri toqquşdu, ölən var

17

Oktyabr
15:10
HÜQUQ,HADİSƏ
47

Trampdan Ərdoğana təhqiredici məktub-FOTO

17

Oktyabr
14:18
SİYASƏT
238

18 oktyabr tarixinə olan hava proqnozu

17

Oktyabr
13:51
ÖLKƏ
65

Vilayət Eyvazov daha bir rəisi əvəzlədi

17

Oktyabr
13:15
HÜQUQ,HADİSƏ
244
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2019 19:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru