Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Sentyabr

2019
11:17
534
İranda saxlanılan Britaniya gəmisi bir neçə günə buraxılacaq

İranda iyul ayında saxlanılan Britaniyanın "Stena Impero" tankeri bir neçə gündən sonra sərbəst buraxılacaq, sadəcə bir sıra bürokratik məsələlərin həlli hələ qalır. FaktXeber.com-un RİA Novosti-yə istinadla verdiyi məlumata görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi bildirib.

"Bu məsələ ilə bağlı məhkəmə prosesi demək olar ki, son mərhələyə çatıb. Yaxın bir neçə gün ərzində həll ediləcək bir sıra kiçik bürokratik məsələlər var. Gəminin üzərindən həbs qərarı götürüləcək" deyə Musəvi bəyan edib.

Xatırladaq ki, iyulun 19-da axşam saatlarında İslam İnqilabı Keşikçilər Korpusunun Hərbi Dəniz Qüvvələri Britaniyanın "Stena Impero" tankerini İranın ərazi sularında saxlayıb və sonradan onu Bəndər Abbas limanına aparıb. Tankerin heyətində 3-ü rus olmaqla 23 nəfər olub. İranlı səlahiyyətlilər, gəmi heyətinin səhhətlərinin yaxşı olduğunu və tankerin limanda lövbər saldıqlarını söyləyib. 1-i rus olmaqla 7 heyət üzvü İranda fürsət verdikdən sonra artıq ölkəni tərk edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yanan avtomobili polis söndürdü - VİDEO

17

Oktyabr
16:42
HÜQUQ,HADİSƏ
64

Gəncədə doğuş zamanı körpə ölüb

17

Oktyabr
16:05
HÜQUQ,HADİSƏ
29

Facebook və Instagram çökdü

17

Oktyabr
15:40
DÜNYA
115

Bakıda minik avtomobilləri toqquşdu, ölən var

17

Oktyabr
15:10
HÜQUQ,HADİSƏ
47

18 oktyabr tarixinə olan hava proqnozu

17

Oktyabr
13:51
ÖLKƏ
71
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2019 20:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru