Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Sentyabr

2019
10:25
817
Rəşad Atakişiyev göydə zərbə alıb - NAZİR

"Tam məsuliyyətimlə deyirəm ki, bütün tədbirlər tam qanun çərçivəsində, yüksək peşəkarlıqla icra olunubdur".

Bu sözləri Müdafiə naziri Zakir Həsənov Real TV-də yayımlanan “Mir Şahin vaxtı” verilişində MiQ-29-un qəzaya uğraması və pilot Rəşad Atakişiyevin həlak olması ilə bağlı Mir Şahinin suallarını cavablandırarkən deyib.

General bildirib ki, pilot Rəşad Atakişiyev yüksək hazırlıqlı peşəkar olub:

“Biz komissiya yaratdıq, komissiyaya mənim əmrimlə peşəkar pilotlar, mühəndislər, Hərbi Prokurorluğun nümayəndələri, xarici və müstəqil mütəxəsislər daxil olmuşdu. Onlar əsas bu suala cavab verdilər ki, təyyarənin son ana kimi bütün avadanlıqları işləyib, qırıcı son ana kimi, suya daxil olana qədər tam işlək vəziyyətdə olub.

İkinci məqam: əgər təyyarə ilə toqquşma olsaydı, bu, qara qutuda öz əksini tapacaqdı. Bütün Azərbaycanda olan digər qurumların radarları ilə bizim radarların məlumatları üst-üstə düşdü.

Pilotun son anda zəif də olsa, təyyarəni idarə etməyə çalışması onu deməyə əsas verir ki, pilot göydə zərbə alıb.

Hətta biz mütəxəssislərə müraciət etdik ki, gecə vaxtı quşla toqquşma ola bilərmi? Onlar təsdiqlədilər.

Həkimlər rəy verdilər ki, hansı vəziyyətdə insan belə bir hərəkət edə bilər. Bunun hamısını danışmayacam – bu, böyük bir sənəddir. Komissiyanın rəyində bütün bu suallara cavab verilib.

Bəziləri deyir ki, pilotun səsi niyə oxunmayıb? Ancaq onlar bilmirlər ki, qara qutuda pilotun səsi yazılmır”.

General komissiya üzvlərinə tam şəkildə inandığını bildirib.

Z.Həsənov həmçinin deyib ki, bu hadisədən sonra ABŞ-da müasir F-18 qırıcısı, onun ardınca Hindistanın Rusiyadan aldığı ən müasir Su-30, bunun ardınca isə Pakistanda və Rusiyada qırıcı qəzaları oldu:

“Əgər qırıcıda xəta olsaydı, biz bunu açıq şəkildə ictimaiyyətə deyərdik. Çünki ən müasir təyyarədə nöqsan olursa, texniki problem olursa, bizdə niyə olmasın? Hətta pilotun səhvi olsaydı, onu da deyərdik. Çünki pilotlar səhv edirsə, bizdə də ola bilərdi. Təəssüf ki, ən müasir təyyarələrdə də bunlar baş verə bilər. Bu, döyüş hazırlığı ilə bağlı deyil, təəssüf ki, belə qəzalar olur”.

General bildirib ki, bu hadisədən sonra Müdafiə Nazirliyi bütün təyyarələrini bir daha yoxlayıb:

“Kimlərsə deyir ki, bu təyyarələrimiz köhnəlib. NATO dövlətlərində 70, 80-ci illərin F-16-ları uçur. Vaxtlı-vaxtında o təyyarələr təmir edilir, yeni texnikalarla təchiz edilir. Əgər müqayisə etsək, həm NATO, həm də keçmiş Sovet ölkələrində uçan təyyarələrin 80 faizi 70-80-ci illərin təyyarələridir”.

Məqalədə : Rəşad Atakişiyev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yanan avtomobili polis söndürdü - VİDEO

17

Oktyabr
16:42
HÜQUQ,HADİSƏ
56

Gəncədə doğuş zamanı körpə ölüb

17

Oktyabr
16:05
HÜQUQ,HADİSƏ
27

Facebook və Instagram çökdü

17

Oktyabr
15:40
DÜNYA
114

Bakıda minik avtomobilləri toqquşdu, ölən var

17

Oktyabr
15:10
HÜQUQ,HADİSƏ
47

Trampdan Ərdoğana təhqiredici məktub-FOTO

17

Oktyabr
14:18
SİYASƏT
238

18 oktyabr tarixinə olan hava proqnozu

17

Oktyabr
13:51
ÖLKƏ
65

Vilayət Eyvazov daha bir rəisi əvəzlədi

17

Oktyabr
13:15
HÜQUQ,HADİSƏ
244
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2019 19:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru