Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Sentyabr

2019
14:56
1388
İş yerləri ilə bağlı vahid vakansiya bazası yaradılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iş yerləri ilə bağlı vahid vakansiya bazasının elektronlaşdırılması üçün apardığı işləri yekunlaşdırmaq üzrədir.

FaktXəbər-in Trend-ə istinadən məlumatına görə, bunu BMT-nin Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi üzrə Komitənin iclası ilə bağlı keçirilən brifinqdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli deyib.

Onun sözlərinə görə, həmin baza tezliklə Azərbaycan vətəndaşları və ölkəmizdə fəaliyyət göstərən əcnəbilərin istifadəsinə veriləcək.

M.Kərimli qeyd edib ki, Azərbaycanda xaricilərin ən çox işlədiyi sahələr neft-qaz sənayesi, tikinti və xidmət sektorudur: "Azərbaycanda işləmək istəyən əcnəbi şəxs Azərbaycanda xaricilərin fəaliyyəti ilə bağlı mövcud olan kvotalara uyğun olaraq, Dövlət Miqrasiya Xidmətinə müraciət edir. Miqrasiya Xidməti aidiyyəti olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər dövlət qurumlarının rəylərini əldə etməklə onlara iş icazələri verir".

Məqalədə : Mətin Kərimli 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yanan avtomobili polis söndürdü - VİDEO

17

Oktyabr
16:42
HÜQUQ,HADİSƏ
68

Gəncədə doğuş zamanı körpə ölüb

17

Oktyabr
16:05
HÜQUQ,HADİSƏ
29

Facebook və Instagram çökdü

17

Oktyabr
15:40
DÜNYA
120

Bakıda minik avtomobilləri toqquşdu, ölən var

17

Oktyabr
15:10
HÜQUQ,HADİSƏ
47
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2019 20:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru