Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Sentyabr

2019
14:09
AQTA ictimai iaşə müəssisələrinin sahiblərinə ciddi xəbərdarlıq edib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fəaliyyətə başladığı ilk gündən etibarən ölkədə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində heyvan sağlamlığının təmin olunması və istehlak üçün yalnız baytarlıq müayinəsindən keçmiş heyvan mənşəli məhsulların istifadəsi ilə bağlı zəruri tədbirlər həyata keçirməkdədir. Bununla bağlı olaraq hüquq-mühafizə orqanları ilə birlikdə mütəmadi şəkildə mənşəyi məlum olmayan, istehlak üçün yararsız heyvan mənşəli məhsulların dövriyyədən çıxarılması istiqamətində ciddi tədbirlər görülür. Bu sahədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ilə birgə həyata keçirilən tədbirlər öz müsbət nəticəsini verməkdədir.

AQTA-dan FaktXəbər-ə bildirilib ki, bununla yanaşı, Qida Təhlükəsizliyi Agentliyinin məlumatları əsasında Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən həyata keçirilən tədbirlər zamanı Abşeron rayonunun Güzdək qəsəbəsində, Sabirabad rayonunun Xəlfəli kəndində, Bakı şəhəri Nərimanov rayonunda ümumilikdə 40 tona yaxın mənşəyi məlum olmayan, istifadəyə yararsız ətin aşkarlanması bu istiqamətdə qanunsuz halların hələ də mövcud oluğunu sübut edir: "Qeyd edək ki, aşkarlanan qanunsuz hallarla bağlı AQTA tərəfindən kompleks tədbirlərin miqyası genişlənidirilib və qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrinə, ictimai iaşə obyektlərinə və heyvan mənşəli məhsulların emalı sahələrinə həyata keçirilən nəzarət tədbirlərinin – reydlərin sayı artırılıb.

Bununla bağlı olaraq Agentlik bir daha ictimai iaşə və heyvan mənşəli məhsullarının emalı müəssisələrinin sahiblərinə xəbərdarlıq edərək bildirir ki, baytarlıq nəzarətindən keçməmiş heyvan mənşəli məhsullardan istifadə olunması ilə bağlı hər hansı bir fakt aşkarlandıqda qanunvericilik çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcək. Eyni zamanda istehlakçılara tövsiyə olunur ki, ictimai iaşə, satış və digər məkanlarda heyvan mənşəli məhsullar alarkən məhsulun baytarlıq nəzarətindən keçdiyini sübut edən sənədləri tələb etsinlər və mənşəyi məlum olmayan bu tipli qida məhsullarının istehlakına yol verməsinlər".

Məqalədə : AQTA 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
13467

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
12137

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
13560

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
13144

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
18509

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
13008

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
13141
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-08-2020 14:30





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru