Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Sentyabr

2019
13:42
1872
İnsan yaşlananda niyə kökəlir?

Yaş ötdükcə lipid mübadiləsinin yavaşlaması bədən çəkisinin artmasına səbəb olur. FaktXeber.com-un RİA Novosti-yə istinadla verdiyi məlumata görə, bu barədə İsveç və Fransadan olan elmi qrup açıqlayıb. Tədqiqatçıların nəticələri Stokholmdakı Karolinska İnstitutunun saytında dərc edilib.

Alimlər 13 il ərzində 54 nəfərdən ibarət qrupda lipid metabolizmasını - bədəndəki yağlar və yağ kimi maddələrin metabolizmasını izləyiblər. Bu müddət ərzində bütün könüllülərdə lipid mübadiləsi sürətində azalma qeydə alınıb. Buna görə istehlak edilən kalori sayını azaltmayan xəstələrin çəkisi orta hesabla 20 faiz artıb.

Mütəxəssislərin fikrincə, istehlak olunan qida və idman məşqlərinin miqdarı eyni səviyyədə qalsa da bədəndəki yağ mübadiləsinin yavaşlaması səbəbindən insanlar kökəlir.

Bundan əlavə, molekulyar bioloqlar bədən çəkisini azaltmaq üçün bariatrik əməliyyat keçirən 40-dan çox qadının lipid mübadiləsini araşdırıblar. Yağ maddələr mübadiləsi sürətinin artdığı xəstələr əməliyyatdan sonra 4-7 il ərzində çəkilərinin eyni səviyyədə saxlaya biliblər.

"Nəticələr ilk dəfə göstərir ki, yağlı toxumamızdakı proseslər qocalma zamanı bədən çəkisinin dəyişməsini digər amillərdən asılı olmayan bir şəkildə tənzimləyir. Bu, artıq çəkini müalicə etməyin yeni yollarını göstərə bilər", - deyə müəlliflər bildiriblər.

Tədqiqat, fiziki aktivliyi artırmaqla lipid maddələr mübadiləsinin sürətlənə biləcəyi barədə əvvəlcədən irəli sürülən fərziyyəni təsdiqləyib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident Mikayıl Cabbarovu qəbul edib

23

Oktyabr
16:06
SİYASƏT
93

Prezident Vergilər Nazirliyini ləğv etdi

23

Oktyabr
15:18
SİYASƏT
450

El-Klassikonun yeni tarixi məlum oldu

23

Oktyabr
14:49
İDMAN
61

Günün qarşılaşmaları TV AFİŞA

23

Oktyabr
14:17
İDMAN
39

Gəncədə qətl törədən şəxs tutulub - RƏSMİ

23

Oktyabr
12:57
HÜQUQ,HADİSƏ
45
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2019 19:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru