Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Sentyabr

2019
10:48
1078
Sabiq məhkəmə hakiminin güllələnməsinin təfərrüatı açıqlandı

Tanınmış hüquqşünas, 1963-cü il təvəllüdlü Firudin Ələkbərlinin qətlinin təfərrüatı məlum olub.

Tovuz Rayon Polis Şöbəsindən oxu.az-a verilən məlumata görə, hüquqşünas stansiyasının yaxınlığında yerləşən ofisinin yanında vurulub. 

Cinayətdə günahlandırılan 1959-cu il təvəllüdlü, “Göl Əli” ləqəbli iş adamı Şəmiyev Əli Məhərrəm oğlunun restoran və hotellər şəbəkəsinin sahibi olduğu bildirilir. 

İlkin araşdırma zamanı məlum olub ki, şəxslər arasında münaqişə hüquqşünasın iş adamının obyektlərinin tikintisi zamanı yol verdiyi qanun pozuntuları barədə dövlət qurumlarına şikayət etdiyi üçün başlayıb.

Belə ki, hüquqşünas iş adamına məxsus hotelin Tovuzun magistral su kəmərinin yaxınlığında tikildiyini müəyyənləşdirib və ondan şantaj yolu ilə pul tələb edib. Bir neçə dəfə hüquqşünasın istəyini yerinə yetirən iş adamı sonuncu görüşdə üzərində gətirdiyi “Makarov” tipli tapançadan F.Ələkbərliyə üç dəfə atəş açıb.  Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan hüquqşünas orada ölüb. 

Məlum olub ki, öldürülən hüquqşünas 90-cı illərin əvvəllərində Tovuz Rayon Məhkəməsinin sədri olub.

Məqalədə : Sabiq məhkəmə hakimi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya gəmisi səhvən SOS siqnalı verib

22

Oktyabr
15:54
DÜNYA
51

Alma, çuğundur, kök qarışığının möcüzəvi faydası

22

Oktyabr
15:12
AİLƏ, SAĞLAMLIQ
333

İran səfirinin qızı Moskvada ölüb

22

Oktyabr
14:48
DÜNYA
151

Azərbaycanda yeni medal təsis edilib

22

Oktyabr
14:31
ÖLKƏ
66

Portağalın qiyməti bizdə niyə BAHADIR?

22

Oktyabr
14:01
İQTİSADİYYAT
137

MSK-ya yeni üzv təyin edilib

22

Oktyabr
12:53
ÖLKƏ
55
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2019 04:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru