Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Sentyabr

2019
14:20
985
`Karyeramı bitirəndən sonra Bakıya köçə bilərəm`

Azərbaycan millisinin və Rusiyanın "Dinamo" klubunun hücumçusu Ramil Şeydayev Moskvada yaşayan Anar İbrahimovun "Youtube"da "İbrakadabra" kanalının qonağı olub.

23 yaşlı forvard Azərbaycan əsilli rusiyalı futbolçu Aleksandr Səmədovla aralarında yaşanmış əhvalatdan danışıb:

- Bir dəfə Aleksandr Səmədovla bazadan taksi ilə qayıdanda yolda dünya çempionatı barədə söhbətimiz alındı. Mən dedim ki, dünya çempionatında 8-ci yer zəif nəticədir. O, mənim dediklərimə əsəbləşdi. Qəzəblə cavab verdi ki, biz 5-ci yer tutmuşuq! Mən məzələnirdim, o isə əsəbləşirdi.

Səmədov əla insandır. Həqiqətən də möhtəşəm oğlandır. Onunla müxtəlif mövzulardan danışmışıq. Azərbaycan millisindən çox söhbət etmişik. Millidəki vəziyyəti soruşurdu. Azərbaycan millisində oynamaması barədə söhbət edirdi. Bakıda Avropa Liqasının final matçının səfiri idi. Bakıda harda getməyi soruşurdu. Azərbaycandan qayıdandan sonra mənə Bakıdan bəhs etdi, çox xoşuna gəlmişdi.

-  Üç şəhəri fəxri kürsündə yerlərə ayır: Bakı, Moskva və Piter.

- Piter, Bakı, Moskva. Piter doğma şəhərimdir, orada doğulmuşam və ailəm orada yaşayır. Bakıda isə çox rahatam və bu şəhəri çox sevirəm. Gələcəkdə - futbol karyeramı bitirəndən sonra bəlkə ora köçdüm.

-  Səni harada daha çox tanıyırlar: Rusiyada, yoxsa Azərabycanda?

-  Azərbaycanda.

- Bakıdakı uşaqlar mənə sənin Azərbaycanda ulduz olduğunu demişdi.

- Məncə, elə deyil.

- Bir müsahibəndə iki il musiqiyə qulaq asmadığını demişdin. Bu, necə mümkün olur?

- Həmin müsahibəni Samarada vermişdim. Mən demək olar, musiqiyə qulaq asmadığımı söyləmişdim. Ümumiyyətlə dinləmədiyimi deməmişdim. Dostlarla maşında musiqiyə səs verirlər, qulaq asıram. Əsasən, dinə bağlı insanam. Dində irəli getmək istəyirəm. İstəyirəm ki, musiqini heç dinləməyim, amma alınmır.

-  Film çəksəydin, hansı futbolçuları dəvət edərdin?

-  Döyüş filmi çəkərdim və Ayaz Quliyevi dəvət edərdim.

Məqalədə : Ramil Şeydayev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
37

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
57

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
104

Axtarışda olan 24 nəfər saxlanılıb

21

Sentyabr
10:19
HÜQUQ,HADİSƏ
89

Dünya bazarlarında neft ucuzlaşıb

21

Sentyabr
10:13
İQTİSADİYYAT
101

Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

20

Sentyabr
16:35
HÜQUQ,HADİSƏ
439

Günün qarşılaşmaları TV AFİŞA

20

Sentyabr
15:57
İDMAN
357

Bu il 150 milyondan çox sərnişin daşınıb

20

Sentyabr
15:56
NƏQLİYYAT
275

ABŞ kubalı diplomatları ölkədən qovur

20

Sentyabr
14:54
DÜNYA
270
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2019 13:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru