
Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 10-13 saylı binaları üzrə 10 mənzil, həmçinin 14, 15, 16, 17, 18, 19, 20, 21 və 22 saylı binalarında yerləşən 560 mənzilin, ümumilikdə 570 mənzilin satışı 16 oktyabr 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 30 oktyabr 2019-cu il tarixi saat 11:00-a qədər davam edəcək.
Bu barədə Faktxeber.com-a Mənzil İnşaatı Dövlət Agentliyin (MİDA) mətbuat xidmətindən məlumat verilib.
“MİDA-nın sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 18 oktyabr 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 30 oktyabr 2019-cu il tarixi saat 11:00-dək davam edəcək.
Ölkə prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən MİDA-nın sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir.
“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.
Satışa ümumilikdə 570 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.
Bütün binalar Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 30.01.2017-ci il tarixli 23206 nömrəli, 31.01.2017-ci il tarixli 23210 nömrəli və 17.03.2017-ci il tarixli 23364 nömrəli müsbət rəyləri mövcuddur.

İsraildə müəsir raket istehsalı zavodunda güclü partlayış - VİDEO
21
Aprel
Bu il Ceyhan limanından 63 milyon bareldən çox BTC nefti yola salınıb
21
Aprel
Zelenski ehtiyatda olan hərbçilərin xidmətə çağırılması haqda qanun imzaladı
21
Aprel15-04-2021 10:13 Bu gündən mənzillərin istilik təchizatı dayandırılır
10-04-2021 10:56 Dövlət xətti ilə kirayəyə verilən mənzillərin sayı 700-ü ötüb
29-05-2020 18:17 Mənzillə təmin edilən şəhid ailələrinin sayı açıqlanıb
20-05-2020 11:03 Bakıda 1200-dən çox yararsız bina sökülüb - RƏSMİ
26-02-2020 09:36 "İlk növbədə mənzillərlə sosial vəziyyəti ağır olan qaçqınlar təmin olunacaq"
19-02-2020 14:05 Məhkəmə qərarı ilə tanınmış tikinti şirkətinin mənzilləri hərraca çıxarılı
- 21-04-2021 17:07 Polis reyd keçirib: 20 sürücü barəsində protokol tərtib edildi - FOTO
- 21-04-2021 16:46 Bakıda havanın ən çox çirkləndiyi ərazilər AÇIQLANDI
- 21-04-2021 16:31 Azərbaycanda 2 075 nəfər COVID-19-a yoluxub, 32 nəfər vəfat edib
- 21-04-2021 15:21 Azərbaycanda bankda yarım milyonluq mənimsəmə
- 21-04-2021 13:24 Azərbaycanda nazir koronavirusa yoluxub
- 21-04-2021 13:10 Sabahın hava proqnozu açıqlandı
- 21-04-2021 12:51 Prezident Hacıqabulla bağlı sərəncamlar verdi
- 21-04-2021 11:46 Prokurorluq: Bərdədə həkim səhlənkarlığı ilə bağlı fakt araşdırılır
- 21-04-2021 10:58 "ATV" cərimələnib, "Bizimləsən" proqramının yayımı dayandırılıb
- 20-04-2021 17:06 ETSN: Acınohur gölü quruyur
- 20-04-2021 17:00 Bu gün 15 minə yaxın şəxs vaksin vurdurub
- 20-04-2021 16:45 Deputatlar 18 məsələnin müzakirəsinə toplaşır
- 20-04-2021 16:34 Son sutkada nə qədər adam yoluxub?
- 20-04-2021 15:35 Ramazan bayramında rayonlara gediş-gəliş bağlanacaq? - AÇIQLAMA
- 20-04-2021 14:10 Yağış yağacaq, güclü külək əsəcək
- 20-04-2021 12:22 Yol polisi reyd keçirdi: 200-ə yaxın şəxs cərimələndi - FOTO
- 20-04-2021 12:00 İlham Əliyev Hacıqabuldadır
- 20-04-2021 09:59 Həkim: “Koronavirusdan sağalan gənclərdə 2-3 ay sonra fəsadlar yaranır” - VİDEO
- 19-04-2021 16:49 Şuşada İsa bulağının ərazisinə elektrik enerjisi verilib
- 19-04-2021 16:48 Son sutkada yoluxanların sayı açıqlandı
- 19-04-2021 15:56 Atası Kəlbəcərdə ölən oğluna şəhid statusu istəyir
- 19-04-2021 15:54 Xətaidəki parkın təmirinə 5 milyon ayrıldı
- 19-04-2021 13:35 Azərbaycan bir neçə ölkəyə yeni səfir təyin edib
- 19-04-2021 13:13 Sabahın hava proqnozu açıqlandı
- 19-04-2021 12:45 Azərbaycan-İran sərhədində silahlı insident: Dörd nəfər ələ keçdi