Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Sentyabr

2019
15:49
Prokurorluq `Range Rover`lə qəza törədən polis əməkdaşının həbsini tələb edir

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən polis serjantı Xəyal Məmmədovun barəsində olan bəraət hökmdən apellyasiya protesti verilib. 

Bakı Apellyasiya Məhkəməsinə müraciət edən prokurorluq onun həbs edilməsini istəyir. 

Həmçinin, məhkəmə hökmündən zərərçəkmişlər də apellyasiya şikayəti verərək, X.Məmmədovun həbs edilməsini tələb edirlər. 

Məhkəmənin ilkin baxış iclasında X.Məmmədovun anket məlumatları dəqiqləşdirilib. 

Növbəti proses sentyabrın 19-na təyin edilib. 

İttihama görə, ötən il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi "Range Rover" markalı avtomobillə Rahib Əliyevin “Ford” markalı avtomobili toqquşub.

Qəza nəticəsində "Ford"un sürücüsü və sərnişini - Orxan Orucovla Rahib Əliyev hadisə yerində ölüb.

Məlum olub ki, qəza baş verən zaman "Range Rover"in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, çavuş Xəyal Məmmədov olub. O, dərhal saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilərək istintaqa təhvil verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.Məmmədova bəraət verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.(Oxu.az)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dekabrın 9-na manatın məzənnəsi

06

Dekabr
17:24
İQTİSADİYYAT
234

Bakıda hüquqşünas döyülüb

06

Dekabr
16:23
HÜQUQ,HADİSƏ
366

"Nokia 2.3" smartfonu təqdim olunub

06

Dekabr
15:55
MARAQLIDIR
295

Vəhşi təbiətdən təbəssüm yaradan FOTOLAR

06

Dekabr
13:12
MARAQLIDIR
584
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-12-2019 04:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru