Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Sentyabr

2019
12:24
755
Qanunu bilməyən sürücü cərimələnir - FOTO

Paytaxtın Azadlıq prospektinin Həsən Əliyev küçəsi ilə kəsişməsində dayanma-durma nişanı olmayan ərazilərdə sürücülər cərimələnir. 

Jurnalist Samir Mirzə öz Facebook səhifəsində yazıb ki, "Bakı Nəqliyyat Agentliyi (BNA) böyük marketlərin qarşısında səkilərin cibcik formasına salınmasına baxmayaraq, şaquli maşın saxlamağa icazə vermir. Yalnız bordürə paralel şəkildə dayanmağı təklif edir. Maşında sürücü əyləşibsə belə, xəbəri olmadan şəkli çəkilir. 

Ərazinin Samir adlı parkinq nəzarətçisi deyir ki, hər gününə 10 manat İcra Hakimiyyətinə qeyri-rəsmi ödəniş edir.

Yəni bir dövlət qurumu orada parkinqə icazə verir, digəri isə qadağan edir."

FaktXəbər olaraq qeyd edək ki, bəzi sürücülər parkalnma ilə bağlı qanunu bilmədiyi üçün cərimələnir. Qanunda açıq şəkildə yazılıb ki, əgər yolda parklanma və dayanma-durmanı qadağan edən nişan yoxdursa, sürücü avtomobilini yola paralel saxlamalıdır. Əgər parkinq işarəsi varsa, lövhədə göstərilən formada park etməlidir. Bəzi sürücülər isə qeyri-qanuni şəkildə pul yığanların göstərişləri əsasında maşınlarını yol kənarına şaquli saxlayır və cərimələnirlər.

Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu

Maddə 56.

IV. Parklanma yerləri 5.15 yol nişanı və müvafiq nişanlama xətləri ilə işarələnməklə parklanma yerinin başlanğıcı və sonu göstərilir. Nəqliyyat vasitəsinin parklanma yerində parklanma üsulu 7.6.1-7.6.9 əlavə məlumat nişanları ilə müəyyən edilir. Parklanma yerində nəqliyyat vasitələri yolun hərəkət hissəsinə paralel şəkildə parklanır. Yolun hərəkət hissəsinin eni nəzərə alınmaqla parklanma yerində nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarına bucaq altında parklanması nişanlama xətləri ilə müəyyən edilə bilər.

Məqalədə : parkinq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakının mərkəzində maşın aşdı - VİDEO

19

Sentyabr
09:54
HÜQUQ,HADİSƏ
67

Bu rayonlarda direktor yerləri boşdur

19

Sentyabr
09:44
ELM / TƏHSİL
47

Xarici valyutaların manata qarşı məzənnələri

19

Sentyabr
09:33
İQTİSADİYYAT
50

Əfqanıstan günə terrorla başladı

19

Sentyabr
09:31
DÜNYA
60

Neft yenidən bahalaşıb

19

Sentyabr
09:21
İQTİSADİYYAT
90

Azərbaycan son 8 ayda 58,4 mln dollar qazanıb

18

Sentyabr
15:59
İQTİSADİYYAT
259

Əlilliyin təyin edilməsi üçün yeni model hazırlanır

18

Sentyabr
15:51
AİLƏ, SAĞLAMLIQ
321

Azərbaycanda 7 məhkəmə hakimi cəzalandırılıb

18

Sentyabr
15:47
HÜQUQ,HADİSƏ
258

Lənkəranda 2 maşın toqquşdu, ölən var

18

Sentyabr
15:44
HÜQUQ,HADİSƏ
255

Deputatların pensiyası artırılacaq

18

Sentyabr
15:27
İQTİSADİYYAT
300
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2019 10:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru