Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Sentyabr

2019
11:51
640
`Alibaba`nın rəhbəri istefa verib

Çinin "Alibaba" şirkətinin təsisçisi və rəhbəri Cek Ma Direktorlar Şurasının sədri vəzifəsindən istefa verib. FaktXeber.com-un məlumatına görə, onu şirkətin icraçı direktoru Daniel Çjanq əvəz edəcək.

Qeyd edək ki, Cek Ma vəzifəsini tərk etməklə  bağlı planlarını ötən ilin sentyabrında açıqlamışdı. Lakin öz açıqlamasında da o, boş dayanmağı sevmədiyini və öz işinə Alibaba Partnership konsultasiya şirkətində davam edəcəyini bildirmişdi. Bu şirkətdə 36 əsas menecer yer almaqdadır və bu qrup kompaniyanın idarə heyətinə namizədlərin seçimində vacib rol oynayır.

Cek Ma öz açıqlamasında öz işinə təhsil sferasında davam etdirəcəyini demişdi. Məlumat üçün bildirək ki, Cek Ma ixtisasca ingilis dili müəllimidir və 1999-cu ildə Alibaba şirkətini yaradıb. Forbes onun sərvətini 36.6 milyard dollar olaraq dəyərləndirir. Şirkətdə 66000 işçi çalışır.

Daniel Çjanq da öz növbəsində yetərincə uğurları olan şəxs hesab oluna bilər. Beləki, o, 2015-ci ildən Alibaba da çalışsa da daha əvvəllər Taobao şirkətində maliyyə direktoru və Tmall.com-da prezident vəzifələrini icra edib. Hətta Alibaba şirkətinə böyük uğur gətirən “subaylar günü” aksiyasını da şirkətə məhz Daniel təklif edib. Hər il 11 noyabrda trend halini alan alış-veriş çılğınlığı Alibaba şirkətinə yetərincə böyük gəlir gətirir.

Məqalədə : Alibaba 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
31

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
59

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
274

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
292

Bakı Dövlət Sirki köçür?

18

Oktyabr
15:33
ÖLKƏ
87
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2019 16:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru