
Ötən gün bir sıra kütləvi informasiya vasitələrində Mədət Quluzadə adlı sahibkarın guya gömrük orqanlarında qarşılaşdığı "haqsızlıqlara" etiraz olaraq Bakı Baş Gömrük İdarəsinin qarşısında özünü yandırması, Komitə rəhbərliyinin məhz bu məsələ ilə bağlı dərhal hadisə yerinə gəlməsi barədə həqiqətdən uzaq, şəxsi təxəyyülün “məhsulu” olan uydurma məlumatlar yayımlanıb.
Bu barədə FaktXəbər-ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Komitə bildirir ki, yayılan məlumatlar tamamilə yalandır və Bakı Baş Gömrük İdarəsinin qarşısında belə bir hadisə baş verməyib.
Xatırladaq ki, sentyabrın 7-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Komitə sədrinin müavinləri və aidiyyəti strukturların rəhbərləri Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi və Bakı Baş Gömrük İdarəsində mövcud vəziyyətlə tanış olublar və hər iki qurumda xidməti müşavirə keçirilib.
Komitə sədri, eyni zamanda sahibkarlarla da görüşüb, onların gömrük işinin təşkilinə dair fikir və təkliflərini dinləyib. Həmin əsnada Mədət Quluzadə adlı şəxs də Dövlət Gömrük Komitəsinin sədrinə yaxınlaşıb və onun da müraciətini dinləyən Komitə sədri Səfər Mehdiyev Mədət Quluzadəyə qanunvericiliyin tələblərini izah edib və bu tələblərə əməl etməyin vacibliyini diqqətə çatdırıb.
Konkret olaraq Mədət Quluzadə adlı sahibkarın gömrüklə bağlı narazılığına gəlincə bildiririk ki, “Ulduz Elektron” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Quluzadə Mədət Pənah oğlunun Dövlət Gömrük Komitəsinə qarşı mətbuatda irəli sürdüyü ittihamlar həmin hüquqi şəxsin ünvanına 10.03.2013-cü il tarixdə İran İslam Respublikasından göndərilən yüklərin müşayiət sənədlərində çatışmazlıqlar aşkar olunduğundan gömrük orqanları tərəfindən saxlanılmış malların təhvil verilməsi tələbinə dair iddianın təmin edilməsi barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarının icrası ilə bağlıdır.
Astara rayon İcra və Probasiya şöbəsi tərəfindən yuxarıda qeyd olunan məhkəmə qərarının icrası ilə bağlı Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin hüquqi varisinin müəyyən edilməsi barədə Dövlət Gömrük Komitəsinə sorğu daxil olub. Dövlət Gömrük Komitəsinin 08.08.2019-cu il tarixli məktubu ilə sorğuya cavab verilib və sorğuda “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Strukturu”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 13.07.2018-ci il tarixli 201 nömrəli Fərmanın icrasını təmin etmək məqsədilə 2018-ci ildə Dövlət Gömrük Komitəsi tərəfindən struktur islahatların aparılması, Astara Gömrük İdarəsinin və digər gömrük idarələrinin bazasında Cənub Ərazi Baş Gömrük İdarəsinin təşkil edilməsi və Astara gömrük postunun yeni yaradılmış Cənub Ərazi Baş Gömrük İdarəsinin tərkibində struktur bölmə olmaqla Astara Gömrük İdarəsinin hüquqi varisi hesab edilməməsi qeyd olunub.
Lakin bütün bunlara baxmayaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Astara Gömrük İdarəsinin hüquqi varisi müəyyən edildikdən və bu barədə Dövlət Gömrük Komitəsinə müvafiq icra sənədi daxil olduqdan sonra sözügedən məhkəmə qərarının icrası istiqamətində Dövlət Gömrük Komitəsi tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş bütün zəruri tədbirlər görüləcək və bu haqda Mədət Quluzadəyə ətraflı məlumat verilib.
Vətəndaş tərəfindən qaldırılan ikinci məsələyə gəlincə isə qeyd edək ki, “Ulduz-Elektron” MMC tərəfindən İran İslam Respublikasından altı yük nəqliyyat vasitəsi ilə idxal olunan 150790 kiloqram çəkidə, gömrük dəyəri 36960.50 manat təşkil edən 8462 m2 ölçüdə “Sorena” markalı keramik plitələr (kafel) yükünə dair 27.08.2019-cu il tarixdə 01191000241511 nömrəli gömrük bəyannaməsi təqdim olunub. Bəyannamədə göstərilən məlumatların yoxlanılması zamanı idxal olunan yükün xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə mal kodunun bəyannaməçi tərəfindən düzgün bəyan olunmaması aşkar edilib.
“Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 500 nömrəli qərarına əsasən ölkə ərazisinə idxal olunan keramik plitələr 69-cu mal qrupunda təsnifləşdirilərək hər kvadrat metrinə görə 2 ABŞ dolları məbləğində idxal gömrük rüsumuna cəlb edilir.
Lakin, “Ulduz-Elektron” MMC tərəfindən idxal olunan yuxarıda göstərilən 8462 m2 ölçüdə keramik plitələr yükü xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə 69-cu mal qrupunda bəyan olunmaqla hər kvadrat metrinə görə 2 ABŞ dolları məbləğində idxal gömrük rüsumuna cəlb edilməli olduğu halda, 6815 99 0000 mal kodu ilə “daşdan və ya digər mineral maddələrdən məmulatlar” kimi bəyan olunub. Bununla da “Ulduz-Elektron” MMC tərəfindən 28405,54 manat məbləğində gömrük ödənişlərini ödəməkdən yayınma cəhdi aşkarlanıb. Onu da qeyd edək ki, kafel, metlax məhsulları beynəlxalq normalara uyğun olaraq bütün dünyada 69 mal qrupu altında kodlaşdırılıb.
Bununla yanaşı, Azərbaycan Respublikasına idxal olunan və ya respublika ərazisindən tranzit keçən eyni adda yüklərin sənədləri eyniləşdirilərkən müəyyən olunub ki, “Sorena” markalı keramik plitələr hər bir halda XİFMN-nin 69-cu qrupu üzrə keramik məmulatlara aid edilərək müvafiq qaydada rəsmiləşdirilib. Eyni zamanda, Komitənin məlumat bazasına əsasən digər idxalatçılar tərəfindən ölkə ərazisinə idxal olunan keramik plitələrin vətəndaş Mədət Quluzadənin iddia etdiyi kimi 6815 99 0000 kodu altında bəyan olunması faktı aşkarlanmayıb.
Yuxarıda qeyd olunanlar vətəndaş Quluzadə Mədət Pənah oğluna Bakı Baş Gömrük İdarəsi tərəfindən ətraflı şəkildə izah edilib, hətta yükü daşıyan avtonəqliyyat vasitələrinin boş dayanmasından yarana biləcək zərərin qarşısının alınması məqsədilə malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi təmin olunub. Lakin hər dəfə adıçəkilən vətəndaş müraciəti zamanı gömrük əməkdaşları ilə kobud rəftar edib, qeyri-etik davranışlar nümayiş etdirib, malın fərqli üsulla istehsal olunmasını iddia edərək yükün keramik plitə kimi deyil, məhz daşdan və ya digər mineral maddələrdən məmulat kimi rəsmiləşdirilməsini israrla tələb edib. Vətəndaşın iddiasından da anlaşılan budur ki, onun əsas məqsədi qanunvericiliklə müəyyən edilmiş gömrük ödənişlərindən yayınmaq və daxili bazarda bu kimi malların ticarətində azad rəqabət mühitini pozmaqdır.
Lakin yenə də bəzi dairələr və onların yönləndirdiyi media qurumları qarşı tərəfin rəsmi mövqeyini öyrənmədən Dövlət Gömrük Komitəsinin fəaliyyəti ilə bağlı bilərəkdən yalan məlumat yaymaqla gömrük orqanları haqqında mənfi rəy formalaşdırmağa çalışırlar.
Aşağıdakı foto şəkillərə baxıb siz qərar verin. Bu kafeldir, yoxsa daşdan və ya digər mineral maddələrdən hazırlanmış məmulat?

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 14:45 Nazirlər Kabineti xəbərdarlıq etdi: Məhdudiyyətlər sərtləşdirilir - RƏSMİ
- 25-06-2020 11:58 Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
- 25-06-2020 11:57 8103 SMS icazə sistemi ilə bağlı dəyişiklik edilib
- 25-06-2020 11:09 AMEA-da iş saatı dəyişdirildi
- 23-06-2020 09:43 Operativ Qərargah sərtləşdirilmiş xüsusi karantin rejimində KİV-in fəaliyyətinə dair məlumat yayıb
- 19-06-2020 18:22 Azərbaycanın sərhədləri bu tarixə kimi bağlı qalacaq
- 19-06-2020 18:10 QMİ yaslarla bağlı xəbərdarlıq etdi
- 19-06-2020 17:46 İbrahim Məmmədov: "KİV də icaze.e-gov.az-da qeydiyyatdan keçməlidir"
- 19-06-2020 17:39 Sərt karantin rejimində fəaliyyətinə icazə verilən sahələr
- 19-06-2020 17:20 SMS icazə bu formada göndəriləcək - RƏSMİ
- 19-06-2020 17:19 Xüsusi karantin rejimində yaşayış yerini tərk etmə qaydaları açıqlandı
- 19-06-2020 17:13 Sərt karantin rejimində bu yerlər işləməyəcək
- 19-06-2020 16:39 Baş Nazir karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb
- 19-06-2020 16:10 Babək qəsəbəsinə şəhər, Nehrəmə isə qəsəbə statusu verildi
- 19-06-2020 15:38 İki rayona xanım prokurorlar təyin edilib - Azərbaycanda ilk
- 19-06-2020 15:27 Bakı şəhərinin rayonlarına prokurorlar təyin olundu
- 19-06-2020 13:58 İcra başçısının koronavirusa yoluxan müavininin vəziyyəti ağırlaşıb
- 19-06-2020 13:40 Milli Məclisdə Erkin Qədirliyə irad tutulub
- 19-06-2020 13:29 Kimlərə maaşdan əlavə pul veriləcək?
- 19-06-2020 13:18 Bakı İdman Sarayı pandemiya xəstəxanasına çevrilməyə hazırdır
- 19-06-2020 13:07 20 iyunda gözlənilən hava şəraiti
- 19-06-2020 12:59 İcra başçısı koronavirusa yoluxdu
- 19-06-2020 12:41 Nazir: “İki həftəlik sərt karantin rejimi ilə bağlı müvafiq qərarlar qəbul olunacaq”
- 19-06-2020 12:29 “Azərişiq” karantin günlərində gücləndirilmiş rejimdə işləyəcək
- 19-06-2020 12:08 DMX əcnəbilərə müraciət etdi