Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

“Uzun illər Yeni Azərbaycan Partiyasının iqtidarında vəzifə tutmuş bütün keçmiş məmurlara münasibətimiz onların vəzifədə olduğu dövrdəkindən fərqlənmir. Vəzifədə olarkən ciddi səhvlərə yol verdiyinə görə işdən kənarlaşdırılan və haqqında qanuna uyğun olaraq tədbirlər görülənlər istisna olunmaqla...”.
FaktXəbər bildirir ki, bu sözləri Baş Nazirin müavini, YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov Trend-ə müsahibəsində deyib.
Onun sözlərinə görə, məmurun istefaya getməsi partiyanın ona münasibətinin dəyişməsi üçün əsas deyil və ola bilməz:
“İstefaya getmək onun cəzalandırılması deyil. Bizim hər birimiz nə vaxtsa istefaya gedəcəyik. Bunu normal yeniləşmə prosesi kimi qəbul etmək lazımdır və biz məhz belə edirik.
İstefaya gedən və ya Milli Məclisə növbəti dəfə deputat seçilə bilməyən keçmiş millət vəkili yenə də bizim yanımızdadır, yenə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğur qazanmasına öz imkanları çərçivəsində dəstək verir. Onların xidmətləri və zəhmətləri də unudulmur. Əgər siz diqqətlə müşahidə edirsinizsə, həmin qəbildən olan insanlar partiyamızın keçirdiyi bütün tədbirlərdə iştirak edir, bizimlə bir sırada dayanır. Söhbət siyasi əqidədən gedir. Vaxtilə vəzifədə olan insanların hər biri Heydər Əliyev ideyalarına, İlham Əliyevin siyasətinə, dövlətə və dövlətçiliyə sadiq insanlardır. İstefaya çıxdıqdan sonra da onların hamısı həmin dəyərlərə sədaqətini saxlayırlar. Onlar bizim əqidə dostlarımız, yol yoldaşlarımızdır. Onlar bu iqtidarın təəssübünü çəkən, qədrini bilən, hər addımda onu dəstəkləyən hörmətli insanlardır.
Onu da demək istəyirəm ki, hər bir iqtidarın gücü həm də onun daxili əqidə birliyində, qarşılıqlı inam və hörmət mühitinin olmasındadır. Biz keçmiş məmurları əqidə və sədaqət baxımından indi vəzifədə olan məmurlardan fərqləndirmirik. Onların hər biri xalqını, dövlətini, dövlətçiliyi və prezidenti yolunda sədaqət və fədakarlıq göstərmiş və göstərən dəyərli insanlardır. Biz bir yerdə daha güclü oluruq”.

Mingəçevirdə antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi aşkarlanıb - FOTO
13
Dekabr
Azərbaycan əhalisi 11 ayda ticarət şəbəkələrində 34 milyard manatdan çox pul xərcləyib
13
Dekabr
"Torqovı"da insanlara hücum edən şəxslərə cinayət işi başlanılıb - TƏFƏRRÜAT
13
Dekabr
Azərbaycan XİN ABŞ Senatının "erməni soyqırımı"nın tanınmasına dair qətnaməsini pisləyib
13
Dekabr11-12-2019 11:29 Əli Əhmədov: Siyahımızda əvvəlki deputatlardan da olacaq
28-11-2019 15:21 Əli Əhmədov: Parlamentin buraxılmasına qeyri-adi yanaşmaq lazım deyil
11-09-2019 11:17 Bakıda siyasi partiyalar müzakirələr aparır - CANLI
24-08-2019 15:48 Əli Əhmədov azyaşlı uşaqla futbol oynadı - VİDEO
07-05-2019 14:03 Bu dərmanları hər kəs əldə edə bilməz - Baş nazirin müavini
05-02-2019 14:09 Əli Əhmədov: "Çalışacağıq ki, seçkidə fəal gənclər namizəd olsun"
- 13-12-2019 19:05 Azərbaycan XİN ABŞ Senatının "erməni soyqırımı"nın tanınmasına dair qətnaməsini pisləyib
- 13-12-2019 12:45 ABŞ səfiri Azərbaycandakı parlament seçkilərinə münasibət bildirib
- 13-12-2019 09:00 ABŞ Senatı “Erməni Soyqırımı” haqqında qanun layihəsini yekdilliklə qəbul edib
- 12-12-2019 11:47 Hikmət Hacıyev: Ermənistanda dövlət səviyyəsində çox ciddi təbliğat aparılır,
- 12-12-2019 09:40 Seçkilərdə YAP-ın səlahiyyətli nümayəndələrinin adları açıqlanıb - SİYAHI
- 11-12-2019 20:31 AŞPA-nın həmməruzəçiləri Azərbaycana səfər edəcək
- 11-12-2019 16:42 MSK parlament seçkilərinə qatılan 3 partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb
- 11-12-2019 16:08 Elmar Məmmədyarov Latviyaya gedib
- 11-12-2019 16:05 Məşhur diktor deputat olmaq istəyir
- 11-12-2019 14:55 ReAl parlament seçkilərinə "Real Cümhuriyyətçilər" bloku ilə gedir
- 11-12-2019 13:15 Azərbaycandan ermənilərə: sülh şəraitində yaşamağa hazırıq
- 11-12-2019 11:29 Əli Əhmədov: Siyahımızda əvvəlki deputatlardan da olacaq
- 10-12-2019 20:13 Parlament seçkilərini müşahidə üçün ATƏT/DTİHB və ATƏT PA-ya dəvət göndərilib
- 10-12-2019 19:23 MTRŞ-dan 102 FM tezliyi ilə bağlı AÇIQLAMA
- 10-12-2019 18:14 Erkin Qədirli növbədənkənar seçkilərə qatılacağını açıqlayıb
- 10-12-2019 13:22 Milli Şura növbədənkənar parlament seçkisində iştirak etməyəcək
- 09-12-2019 21:31 Daha bir müxalifət partiyası parlament seçkilərində iştirak qərarı verdi
- 09-12-2019 16:45 Erkin Qədirli seçkiyə gedir
- 09-12-2019 14:29 Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın İqtisadi İnkişaf nazirini qəbul edib
- 09-12-2019 10:45 Xələf Xələfov: İran bu görüşü keçirməyə hazır deyil
- 09-12-2019 10:39 İsa Qəmbərlə Gültəkin Hacıbəyli arasında "müavin" qalmaqalı
- 07-12-2019 17:52 Şahin Mustafayevə yeni vəzifə verildi
- 07-12-2019 16:27 Ümid Partiyası da seçkilərdə işitraka qərar verdi
- 07-12-2019 14:37 Müsavat parlament seçkilərində iştirak barədə qərar qəbul edib
- 07-12-2019 12:20 Məzahir Pənahov: Seçilmək arzusunda olan vətəndaşlarımız müraciət edə bilərlər