Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

©

09 Sentyabr

2019
14:12
1012
Toylarda kütləvi zəhərlənmələrin əsas səbəbi açıqlandı

Azərbaycanda baş verən qida zəhərlənmə faktları bir daha onu sübut edir ki, qida təhlükəsizliyi rejimləri daha çox ictimai iaşə müəssisələrində gözlənilmir.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri (AQTA) Qoşqar Təhməzli deyib. 

Onun sözlərinə görə, qida zəhərlənmələri faktlarının təxminən 95 faizinin laborator ekspertiza göstəricilərində insanların şəxsi gigiyena qaydalarına əməl etmədikləri məlum olub: 

"Məhsul bütün təhlükəsizlik göstəricilərinə uyğun istehsal oluna bilər. Həmin məhsul düzgün daşına bilər, amma emal prosesi zamanı həmin şəxslər müvafiq sanitar-gigiyenik qaydalara əməl etməsələr, bunun nəticəsində insanların toy mərasimlərində kütləvi şəkildə mədə-bağırsaq pozğunluğuna səbəb ola bilər".

Q.Təhməzli bildirib ki, aparılan audit və monitorinqlər nəticəsində ilkin istehsal müəssisələrində qida təhlükəsizliyinin gözlənildiyi, amma ictimai iaşə müəssisələrində isə əksinə olduğu aydınlaşıb:

"Bura insanların kütləvi qidalandığı müəssisələr, xüsusilə də şadlıq evləri, restoranlar, kafelər aiddir. Qida təhlükəsizlik sisteminin gözlənilməsi tək qidaların özünün keyfiyyəti ilə deyil, orada işləyən şəxslərin özünün şəxsi gigiyena qaydalarına əməl etməmək faktı ilə bağlıdır".

Məqalədə : Toy zəhərlənmə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərcell"də problem yarandı

16

Oktyabr
12:59
ÖLKƏ
38

Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır

16

Oktyabr
12:29
ELM / TƏHSİL
28

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Oktyabr
11:29
İQTİSADİYYAT
31

Bayden: Tramp seçilsə NATO dağılacaq

16

Oktyabr
10:23
DÜNYA
41

Bakıda daha bir küçə yenidən qurulub - FOTO

16

Oktyabr
09:49
NƏQLİYYAT
70
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2019 13:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru