Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Sentyabr

2019
11:37
Suriya həbsxanalarında doğulan rus uşaqlar Moskvaya aparılıb-FOTO

Suriya həbsxanalarından olan rus uşaqlar Xmeymim bazasından təyyarə ilə Moskvaya gətirilib. FaktXeber.com-un RİA Novosti-yə istinadla verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyasının Uşaq hüquqları üzrə komissarı Anna Kuznetsova bildirib.

Ombudsman daha əvvəl Suriya həbsxanalarında anadan olan dörd Rusiya vətəndaşından ibarət bir qrupun Rusiyaya qaytarılmasının planlaşdırıldığını söyləmişdi. Onun sözlərinə görə, 5-9 yaş arası uşaqlar məhkum anaları ilə birlikdə həbsxanada qalıblar.

"Bizim iki ailədən övladlarımız var: Qızlardan biri Sofiya - Dağıstana və qalan 3 uşaq isə Çeçenistana gedəcək",- deyə Kuznetsova əlavə edib.

Onun sözlərinə görə, Suriya həbsxanalarında terrorçuluq fəaliyyəti ilə əlaqədar saxlanılan Rusiya vətəndaşlarının yanında hələ də  bir neçə uşaq var:

"Təəssüf ki, işçilərimiz acınacaqlı bir mənzərə - onların (uşaqların) vəziyyətləri ilə qarşılaşıblar. Uşaqlar xəstədir, təcili yardıma ehtiyacı var... Hələ həbsxanada qalan uşaqlar var, analarının yanında, fakt budur onlar Rusiya ərazisində dünyaya gəlməyiblər".

Qeyd edək ki, Rusiyada 2017-ci ildə Uşaq Ombudsmanı yanında müharibə zonasında uşaqların geri qaytarılmasına kömək üçün İdarələrarası Komissiya yaradılıb. Xarici İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi və digər idarələr ilə birlikdə hazırlanan alqoritm sayəsində 2018-ci ilin dekabrında, həmçinin 2019-cu ilin fevral və iyul aylarında 90 uşaq İraqdan qaytarılıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
19777

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
18372

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
19727

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
19298

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
24836

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
19296

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
19441
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-08-2020 05:28





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru