Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Sentyabr

2019
11:29
Vətəndaşsızlıq vəziyyətində olan şəxslə bağlı məlumat yayıldı

İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) araşdırması nəticəsində uzun müddətdir, heç bir təsdiqedici sənədi olmadan Azərbaycanda yaşayan və 18 aydan artıqdır, Quba rayon Mərkəzi Xəstəxanasının stasionar şöbəsinə yerləşdirilən görmə qabiliyyətini itirmiş Seryakov Viktor Semyonoviçin vətəndaşlıq mənsubiyyəti müəyyənləşib. 

Ombudsman Aparatından FaktXəbər-ə bildirilib ki, bununla bağlı Müvəkkilin Rusiyanın ölkəmizdəki Səfirliyinə müraciəti nəticəsində həmin ölkənin Vladimir şəhərində anadan olmuş V. Seryakovun RF vətəndaşlığına mənsubiyyətinin tanındığı məlum olub. Onun pasportla təmin edilməsi məqsədilə Səfirlik tərəfindən sonuncunun adına Qayıdış şəhadətnaməsi rəsmiləşdirilib. Bununla yanaşı, həmin şəhadətnamənin surəti, həmçinin V.Seryakovun səhhəti ilə bağlı epikriz və digər tibbi sənədləri Quba rayon Mərkəzi Xəstəxanasının baş həkimi tərəfindən təsdiq edilərək Vladimir vilayətinin Ombudsmanına göndərilib. 

V.Seryakovun RF-nın Vladimir vilayətində qohumlarının və qalmağa yerinin olmadığını nəzərə alaraq, Müvəkkilin Rusiya Federasiyasının və Vladimir vilayətinin Ombudsmanlarına müraciətindən sonra onun Vladimir şəhərində yerləşən “Yaşayış yeri olmayan şəxslərin reabilitasiya mərkəzi” dövlət sosial müəssisəsinə qəbul olunması məsələsi həll edilib. 

V.Seryakov Quba rayon Mərkəzi Xəstəxanasında olan müddət ərzində onun fiziki, tibbi və prixoloji durumu, ehtiyaclarının ödənilməsi məsələləri diqqətdə saxlanılıb, habelə Müvəkkilin tapşırığı əsasında Ombudsmanının Quba Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev tərəfindən bu istiqamətdə müvafiq tədbirlər görülüb.

V.Seryakov Müvəkkilin nəzarəti altında vətəninə yola salınıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rezidenturaya sənəd qəbulu sabah başa çatır

26

Fevral
12:47
ELM / TƏHSİL
125

Faktiki hava açıqlanıb

26

Fevral
12:30
ÖLKƏ
150

Fuad Hacıyev 300 minlik dələduzluqda ittiham edilir

26

Fevral
11:28
HÜQUQ,HADİSƏ
265

Prezident Xocalı abidəsini ziyarət edib

26

Fevral
10:11
ÖLKƏ
229

"Bavariya" "Çelsi"ni darmadağın etdi

26

Fevral
09:38
İDMAN
385
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-02-2020 13:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru