Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Sentyabr

2019
11:10
Azərbaycan İslam Partiyası xalqımıza, dünya müsəlmanlarına başsağlığı verib

Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev AİP adından bəşəriyyətin və İslam tarixinin ən ağır faciəsi, İmam Hüseynin (ə) Kərbəlada qətlə yetirilməsi hadisəsi ilə bağlı Azərbaycan və dünya müsəlmanlarına başsağlığı verib.

Qurumun Mətbuat Xidmətindən redaksiyamıza daxil olan başsağlığı müraciətində deyilir:

“Əziz müsəlman qardaş və bacılar, dünyanın əziz azadlıqsevər insanları, əziz Əhli-Beyt aşiqləri, Vilayət təəssübkeşləri! Sizlərə insanlığın ən ağır yarası, İslam tarixinin ağır faciəsi, bəşəriyyətin heç zaman yaddaşından silinməyən, ağrıdıcı və hər il hüznü vacib bilinən Məhərrəm ayının 10-u, İmam Hüseynin (ə) Kərbəlada qətlə yetirilən aşura günü ilə əlaqədar İmam Sahib əz-Zaman (əc) başda olmaqla dərin hüznlə başsağlığı veririk.

 Bu hüzn və matəm günü Allahın xüsusi dəyər verdiyi Məhərrəm ayının insanlara  fəzilət, kamillik, mərhəmət və ədalət gətirmək mahiyyətinə görə də çox hikmətlidir. Allah-Təala  bəşəriyyətin bəlalardan xilası üçün nazil etdiyi İslam dininin çox ağır və aradan getmək təhlükəsinin yarandığı bir zamanda  İmam Hüseynin qurban gedəcəyini çox-çox əvvəl Peyğəmbəri (s) məlumatlandırmışdı. Məhz Böyük Yaradan İslamın qurtuluşunu bu ağır faciə ilə təqdir etmişdi. Çünki bu vəzifəni Özünün ən çox sevdiyi bəndədən başqa kimsə nəticələndirə bilməzdi. Ona görə də İmam Hüseynin (ə) Kərbəla qiyamı, Aşura günü İslam tarixinin ən unudulmaz günü, bütövlükdə Məhərrəm ayı isə müsəlmanlar üçün ən əzalı, hüznlü  aydır. Min dörd yüz ilə yaxındır ki,  bu ayı dünya müsəlmanları həmişə əziz tutur, bu ayın bərəkətindən və rəhmətindən bəhrələnməyə çalışırlar.

Qurani-Kərimin yüksək dəyərləndirdiyi Məhərrəm ayında  1400 ilə yaxın bir tarixə malik Aşura mərasimi adlı  bir məktəb yarandı-İmam Hüseyn (ə) məktəbi.  Hər il və dünyanın hər yerində insanlar Aşura gününü acı göz yaşlarıyla yad etməklə yanaşı, bu günün fəlsəfəsini daha dərindən öyrənirlər. Tarixi təcrübə göstərdi ki, bir çox xalqlar köləlik zəncirini qırmaq, azadlıq şərbətini içmək, zülmü və istismarı ayaqlar altına atmaq üçün İmam Hüseynin(ə.s.) şəhadət məktəbini örnək götürərək istəklərinə nail oldular.  Tarix boyu əsarət altında inləyən belə xalqlar bu məktəbin dərkindən bəhrələnərək istiqlaliyyətlərini əldə edə bildilər.

İllər, əsrlər ötdükcə İmamın (ə) şəhadəti azadlığın mahiyyətini  bəşəriyyətə daha dərindən anlatmağa, mübarizliyin və zülmə qalib gəlməyin yolunu daha aydın göstərməyə səbəb olur. Çünki İmam Hüseynin (ə) 72 tərəfdarı ilə Kərbəlada göstərdiyi yenilməzlik təkcə İslamın aradan getməsinin qarşısını almaqla bitmədi, bu məktəb eyni zamanda insanlar üçün sönməz bir hidayət çırağı, nicat gəmisi oldu. Hər kəs ki, bu gəmiyə sakin olar, demək ki, qurtuluş tapar.        

Xalqımız da dünya müsəlmanları, Əhli-Beyt aşiqləri kimi hər il Məhərrəm ayını hüzn ayı, Aşuranı Peyğəmbərdən (s) sonra İslamın qurtuluş günü, İmam Hüseynin (ə) şəhadətini zülmün ərşə yüksəldiyi, dünyanın ən ağır müsibət günü kimi yad edir. Bu günlərdə əza saxlamaq böyüklüyündən və kiçikliyindən asılı olmayaraq hər bir müsəlman övladı üçün onun mənəvi zənginliyi, mübarizliyi, vətəninə, xalqına, dininə gərəkliyi üçün vacib sayılmalıdır. Çünki İmam Hüseyn (ə) məktəbini keçmədən zülmün artdığı,   cəmiyyətlərdə haqqın və ədalətin bərpaya ehtiyacı olduğu, müsəlman dünyasının təcavüzlərə məruz qaldığı və müsəlmanların hər yerdə qanının axıdıldığı  dünyada mübarizə  və müqavimət yolunu düzgün seçmək mümkünsüzdür. Hər kəs ki, bu hikmətli günlərin beyinlərdə yaratdığı izi, qəlblərdə İmama(ə.s.) oyatdığı sonsuz sevgini, Peyğəmbər ümmətinin qan yaddaşında Allahın qoyduğu bu genetik kodu pozmağa əl atır, çalışır, o, məxsus olduğu cəmiyyətin, xalqın və ümumən azadlıqsevər bəşəriyyətin düşmənidir.

Bu gün İslama müxalif qüvvələr hiylə və fitnələri ilə dinimizi yaşadan, onun bəşəri dəyərlərini, özündə ehtiva edən Kərbəla hadisəsini unutdurmaq istəklərilə onsuz da İmama eşq və sevgini, bu məktəbin bəhrəsi olaraq zalıma və zülmə kin və nifrəti insanların qəlbində söndürə bilməzlər. Çünki Aşura xeyrin şər üzərində qələbəsidir.

Biz bir daha əziz, heç zaman unudulmaz bəşəri hüzn və əlamətdar Aşura günü ilə əlaqədar xalqımıza, şəhidpərvər dünya müsəlmanlarına başsağlığı verir, bütün  Əhli-Beyt aşiqlərinə bu ayın bərəkətli anlarını, iman dolu əza və hüzn  məclisləri, Allahdan tükənməz sevgi və mərhəmət diləyirik.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda yol çökdü - FOTO

10

Dekabr
22:45
HÜQUQ,HADİSƏ
223

Dekabrın 11-nə manatın məzənnəsi

10

Dekabr
17:19
İQTİSADİYYAT
569

Ərdoğan: Avropada lider yoxdur

10

Dekabr
16:43
DÜNYA
1130

Nobel Sülh Mükafatı təqdim edilib

10

Dekabr
16:41
DÜNYA
663

Azərbaycanlı məşqçi "Sevilya"ya gedir

10

Dekabr
15:38
İDMAN
714

Yuri Lujkov dünyasını dəyişdi

10

Dekabr
14:33
DÜNYA
774
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2019 05:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru