Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Sentyabr

2019
11:05
1152
İri dövlət şirkətlərinin vahid məlumat bazası yaradılacaq

Nazirlər Kabineti "İri dövlət şirkətlərinə dair vahid məlumat bazasının formalaşdırılması və ondan istifadə Qaydaları"nı təsdiq edib.

Müvafiq qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi "İri dövlət şirkətlərinə dair vahid məlumat bazası" informasiya sisteminin "Elektron Hökumət" İnformasiya Sisteminə inteqrasiyası ilə bağlı zəruri tədbirlər görəcək.

İnformasiya sistemi aşağıdakıları təmin edir:

- iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində şəffaflığın artırılmasına və səmərəliliyin yüksəldilməsinə nail olunmasını;

- iri dövlət şirkətlərinə dair maliyyə, kadr uçotu və daşınmaz əmlak üzrə məlumatların vahid bazada birləşdirilməsini;

- iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətinin müqayisəli təhlil edilməsini;

- informasiya sisteminin istifadəçiləri tərəfindən iri dövlət şirkətlərinə dair müvafiq məlumatların real vaxt rejimində əldə edilməsini.

İnformasiya sistemi üzrə xidmətlər Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi internet səhifəsində dövlət xidmətləri bölməsi, eləcə də “Elektron hökumət” portalı vasitəsilə göstərilir.

İnformasiya sisteminin istifadəçiləri informasiya sisteminin müvafiq altsistemləri üzrə informasiya sisteminin iştirakçıları tərəfindən qeydə alınmış məlumatlardan “İnformasiya əldə etmək haqqında” qanuna uyğun olaraq istifadə etmək hüququ olan aşağıdakı dövlət orqanlarıdır:

- maliyyə və mühasibat uçotu göstəriciləri üzrə məlumatları özündə əks etdirən altsistem üzrə: İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Dövlət Statistika Komitəsi;

- kadr uçotu üzrə məlumatları özündə əks etdirən altsistem üzrə: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Dövlət Statistika Komitəsi;

- daşınmaz əmlaka dair məlumatları özündə əks etdirən altsistem üzrə: İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Dövlət Statistika Komitəsi.

İnformasiya sisteminin istifadəçiləri istemin iştirakçıları tərəfindən qeydə alınmış məlumatlardan ödənişsiz istifadə edirlər.

İştirakçılar tərəfindən kadr uçotuna dair altsistemində göstərilən məlumatlar rüblük olmaqla hesabat dövrü başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq, maliyyə göstəriciləri ilə bağlı altsistemində göstərilən məlumat və maliyyə hesabatları isəə illik olmaqla hesabat dövrü başa çatdıqdan sonra müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan etibarən iyun ayının 30-dək informasiya sisteminə daxil edilməlidir.

Məqalədə : vahid məlumat bazası 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

20

Sentyabr
16:35
HÜQUQ,HADİSƏ
271

Günün qarşılaşmaları TV AFİŞA

20

Sentyabr
15:57
İDMAN
207

Bu il 150 milyondan çox sərnişin daşınıb

20

Sentyabr
15:56
NƏQLİYYAT
143

ABŞ kubalı diplomatları ölkədən qovur

20

Sentyabr
14:54
DÜNYA
130

Yol polisi ilə sürücü əlbəyaxa oldular - VİDEO

20

Sentyabr
14:15
HÜQUQ,HADİSƏ
351

"Huawei Mate 30"smartfonu nümayiş olunub - VİDEO

20

Sentyabr
12:39
MARAQLIDIR
263

Naxçıvanda KİVDF yaradıldı

20

Sentyabr
12:25
ÖLKƏ
209

Şəmkirdə ağır yol qəzası baş verib

20

Sentyabr
12:12
HÜQUQ,HADİSƏ
164
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2019 22:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru