Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Sentyabr

2019
13:46
969
Güləş yığmalarımızın dünya çempionatı üçün heyəti açıqlanıb

Sentyabrın 6-da güləş üzrə Azərbaycan milli komandalarının mətbuat üçün açıq məşqi olub. Məşq başa çatdıqdan sonra yığmalarımızın dünya çempionatı üçün heyəti açıqlanıb.

FaktXəbər-in məlumatına görə, sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda təşkil olunacaq Olimpiadaya lisenziya xarakteri daşıyan dünya çempionatının yunan-Roma güləşi yarışlarında ölkəmizi Eldəniz Əzizli (55 kq), Elman Muxtarov (63 kq), Rəsul Çunayev (67 kq), Sənan Süleymanov (72 kq), Elvin Mürsəliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq) və Beka Kandelaki (130 kq) təmsil edəcəklər.

Sərbəst güləşçilərin mübarizəsində isə Mahir Əmiraslanov (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Hacı Əliyev (65 kq), Ağahüseyn Mustafayev (70 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksand Qostiyev (86 kq), Şamil Zubairov (92 kq), Şərif Şərifov (97 kq) və Cəmallədin Məhəmmədov (125 kq) xalça uzərinə çıxacaqlar.

Qadın güləşçilərdən ibarət milli komandamızın heyətində isə Mariya Stadnik (50 kq), Türkan Nəsirova (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), Elis Manolova (65 kq), İrina Netrova (68 kq) və Səbirə Əliyeva (76 kq) yer alıblar.

Qeyd edək ki, qadın güləşçilərimiz artıq Qazaxıstandadır. Onlar yerli komanda ilə birlikdə təlim-məşq toplanışında iştirak edirlər.

Məqalədə : Güləş dünya çempionatı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
40

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
59

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
104

Axtarışda olan 24 nəfər saxlanılıb

21

Sentyabr
10:19
HÜQUQ,HADİSƏ
89

Dünya bazarlarında neft ucuzlaşıb

21

Sentyabr
10:13
İQTİSADİYYAT
101

Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

20

Sentyabr
16:35
HÜQUQ,HADİSƏ
439

Günün qarşılaşmaları TV AFİŞA

20

Sentyabr
15:57
İDMAN
357

Bu il 150 milyondan çox sərnişin daşınıb

20

Sentyabr
15:56
NƏQLİYYAT
275

ABŞ kubalı diplomatları ölkədən qovur

20

Sentyabr
14:54
DÜNYA
270
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2019 13:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru