Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Sentyabr

2019
11:36
1133
Abdullah Mursinin cənazəsi də gecə dəfn edildi

Misirin demokratik yollarla seçilmiş ilk prezidenti Məhəmməd Mursinin kiçik oğlu Abdullah Mursinin cənazəsi gecə saatlarında dəfn edilib.

FaktXəbər bildirir ki, Mursi ailəsinin vəkili Abdulmunim Abdulmaksud "Anadolu" agentliyinə açıqlamasında Abdulla Mursinin sıx təhlükəsizlik tədbirləri altında keçirilən dəfn mərasimində həbsdəki qardaşı Üsama Mursi ilə yanaşı anası, qardaşları, əmiləri və bir neçə yaxın dostunun da qoşulmasına icazə verildiyini deyib.

Abdulmaksud, "Misir Baş Prokurorluğunun qərarı ilə Qahirədəki bir xəstəxanadan cənazəsi götürülən Abdullah Mursinin cənazəsi Zeynhum meyitxanasına gətirilib. Orada ailəsi tərəfindən qılınan cənazə namazından sonra Qahirənin şərqindəki Mədinət Nəsr səmtində atasının cənazəsinin dəfn olunduğu qəbiristanlıq yaxınlığında, gecə saatlarında dəfn edilib", - deyə bildirib.

Misir orqanları tərəfindən Abdulla Mursinin dəfni və vəfat səbəbinə dair hələ ki, rəsmi açıqlama verilməyib.

Məhəmməd Mursinin böyük oğlu Əhməd Mursi dünən açıqlamasında qardaşının ürək tutması nəticəsində aparıldığı xəstəxanada dünyasını dəyişdiyini bildirmişdi. Mursi ailəsindən bildiriblər ki, vəfatla bağlı hər hansı bir cinayət şübhəsi yoxdur.

Mursi ailəsi 2018-ci ilin oktyabr ayında Qahirənin qərbində yerləşən Şeyx Zayid bölgəsindəki evlərinə basqın edən təhlükəsizlik qüvvələrinin Abdullahı nəzarətə aldığını, həmin gün də sərbəst buraxdığını bildirmişdi.

Abdullah Mursi və dostu Məhəmməd İmad Abdulmunim 2014-cü ilin martında bir nəzarət nöqtəsində saxlanılan avtomobilərində narkotik tapıldığı üçün həbs olunmuş, Benha Cəza Məhkəməsi tərəfindən 1 il həbs və 10 min Misir cüneyhi (təxminən 1200 AZN) pul cəzasına məhkum edilmişdi.

22 iyul 2015-ci ildə sərbəst buraxılan Abdullah Mursinin ailəsi oğullarının narkotik istifadə etmədiyini, sözügedən həbsin siyasi məqsədli olduğunu açıqlamışdı.

Abdullah Mursi atası Məhəmməd Mursinin vəfatından sonra Facebook hesabından Misir prezidenti Əbdul-Fəttah əs-Sisi və digər rəsmiləri atasını öldürməkdə günahlandıran paylaşım etmişdi.

Xatırladaq ki, Məhəmməd Mursi ittiham olunduğu "Vadi ən-Natrun Həbsxanasından qaçış və Həmas naminə casusluq" işinin keçirildiyi məhkəmə iclası zamanı, 17 iyunda dünyasını dəyişmiş və gecə saatlarında gizlincə dəfn edilmişdi.

Məqalədə : Misir Mursi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

20

Sentyabr
16:35
HÜQUQ,HADİSƏ
271

Günün qarşılaşmaları TV AFİŞA

20

Sentyabr
15:57
İDMAN
207

Bu il 150 milyondan çox sərnişin daşınıb

20

Sentyabr
15:56
NƏQLİYYAT
143

ABŞ kubalı diplomatları ölkədən qovur

20

Sentyabr
14:54
DÜNYA
129

Yol polisi ilə sürücü əlbəyaxa oldular - VİDEO

20

Sentyabr
14:15
HÜQUQ,HADİSƏ
350

"Huawei Mate 30"smartfonu nümayiş olunub - VİDEO

20

Sentyabr
12:39
MARAQLIDIR
262

Naxçıvanda KİVDF yaradıldı

20

Sentyabr
12:25
ÖLKƏ
208

Şəmkirdə ağır yol qəzası baş verib

20

Sentyabr
12:12
HÜQUQ,HADİSƏ
163
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2019 22:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru