Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Sentyabr

2019
10:08
1003
İranlıların Azərbaycan manatına üstünlük verməsinin SƏBƏBİ

Azərbaycan manatı İranda insanların əsas yığım vasitələrindən birinə çevrilib. İran əhalisi yastıq altında milli valyuta və dollardan çox, manat yığmağa üstünlük verir. Manata maraq getdikcə artır. Hazırda İranda manat orada azad dövriyyədədir və ən populyar yığım valyutasıdır. İran yeganə ölkədir ki, Azərbaycan vətəndaşları oraya dollar deyil, manatla gedir və asanlıqla dəyişib ticarət əməliyyatları yerinə yetirə bilirlər. Bunun bir səbəbi də İrana gedən azərbaycanlıların sayının həddindən artıq çox olmasıdır.

Bu ilin 6 aylıq göstəricisinə görə, xaricə səfər edənlərin 40 faizi və ya 1 milyon nəfəri İrana gedib. Bundan başqa, sadə vətəndaşlar tərəfindən İrandan idxal da artmaqdadır. Lakin bizi düşündürən əsas sual odur ki, iranlıların bu manat sevgisinin və etibar etmələrinin səbəbi nədir?

Mövzu ilə bağlı danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, həm İranla ticarət dövriyyəsinin artması, həm də iki ölkə arasında geniş-gəlişin artması, o cümlədən azərbaycanlıların tibbi məqsədlə İrana getməsi qonşu  dövlətdə manat dövriyyəsini artırır: “Əsas səbəblərdən biri də odur ki, İranda dollar tapılmır. Sanksiyalara görə, İran vətəndaşlarının dollara çıxış imkanları məhdudlaşıb. İran bankları dollar əməliyyatları edə bilmir, xaricdən də  kredit ala bilmirlər. Manat isə İranda  ikinci ən sabit valyuta kimi tanınır. Artıq ikinci ildir ki, manatın məzənnəsi dollar qarşısında sabit qalıb. İran vətəndaşları Azərbaycan tərəfə keçdikdə, yığdıqları manatı asanlıqla dollara dəyişə bilirlər. Azərbaycanda manat çox asanlıqla əldə edilir. O cümlədən məzənnəsi dəyişmədiyi üçün çox əlverişli yığım vasitəsi sayılır”.

Ekspertin sözlərinə görə, hazırda manat hətta iranlı iş adamlarının da ən sevimli valyutasına çevrilib: “Məzənnəsi dəyişmir, dollar qarşısında sabitdir, istənilən zaman da Azərbaycan tərəfə keçib dollara dəyişmək mümkündür. Düzü, Azərbaycandan xaricə dollar çıxartmaqla bağlı müəyyən məhdudiyyət var. Yalnız 10 min dollara qədər vəsaiti rüsum ödəmədən ölkədən çıxartmaq mümkündür. Lakin rüsum da 1 faizdir. Əgər iranlı iş adamı ailə üzvləri ilə gəlib hərəsinin adına 10 min dollar ölkədən çıxartsa, burada heç bir problem yaşamayacaq. Ancaq təkdirsə, 10 min dollardan artıq olan vəsaiti deklorasiya edib, onun rüsumunu ödəməklə ölkədən çıxara bilər. İki ölkə arasında gediş-gəliş və ticarət əlaqələrinin artması da prosesə təsir göstərir, lakin əsas səbəb İranda dollar çatışmazlığıdır. Dollar əldə etmək üçün manat yığıb, Azərbaycan tərəfdə onu dəyişirlər”.

İqtisadçı-ekspert Samir Əliyev isə hesab edir ki, İranda manatın populyarlığı onun dollara olan sabit məzənnəsindən qaynaqlanır: “İranda dollar tapılmır və bahadır. Manatın məzənnəsi isə dollar qarşısında daşlaşmış həddədir, yəni 1.70 AZN. Bu dəyişməzlik 2 ildən çoxdur ki, davam edir. Halbuki manat avroya, funta, rubla, lirəyə münasibətdə dəyişir. Gah bahalaşır, gah ucuzlaşır. Yəni İranda manat dolların əkiz qardaşıdır. İran rialı dollara qarşı necə ucuzlaşırsa, manata qarşı da eyni trayektoriya ilə hərəkət edir. Manata sevgi bununla bağlıdır”. ("Yeni Müsavat")

Məqalədə : Manat 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
58

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
76

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
112

Axtarışda olan 24 nəfər saxlanılıb

21

Sentyabr
10:19
HÜQUQ,HADİSƏ
95

Dünya bazarlarında neft ucuzlaşıb

21

Sentyabr
10:13
İQTİSADİYYAT
105

Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

20

Sentyabr
16:35
HÜQUQ,HADİSƏ
446

Günün qarşılaşmaları TV AFİŞA

20

Sentyabr
15:57
İDMAN
362

Bu il 150 milyondan çox sərnişin daşınıb

20

Sentyabr
15:56
NƏQLİYYAT
280

ABŞ kubalı diplomatları ölkədən qovur

20

Sentyabr
14:54
DÜNYA
274
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2019 13:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru