Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Sentyabr

2019
09:55
Əhalinin qida təhlükəsizliyi ilə bağlı sənəd Milli Məclisdə

Milli Məclisin 2019-cu il payız sessiyasında "Qida təhlükəsizliyi haqqında" qanun layihəsi müzakirəyə çıxarıla bilər.

Bu barədə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verib.

E.İbrahimov qanun layihəsinə hər hansı dəyişikliyin olub-olmaması haqqında təfərrüatları açıqlamaq istəməyib. Bununla belə, qeyd edib ki, sənəd üzərində ciddi iş gedir.

Onun sözlərinə görə, Aqrar siyasət komitəsi sözügedən qanun layihəsinin işlər planına daxil edilməsinə çalışacaq.

Deputat onu da əlavə edib ki, sentyabrın 20-də komitənin iclası keçiriləcək.

Qeyd edək ki, 2019-cu ilin fevralında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Avropa İttifaqının Bakıdakı nümayəndəliyi və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən ictimaiyyət nümayəndələrinin iştirakı ilə "Qida Təhlükəsizliyi haqqında" qanun layihəsinin ictimai müzakirəsi keçirilmişdi.

Qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan qida təhlükəsizliyi sisteminin qurulması, ölkədə istehsal edilən qida məhsullarının xarici bazarlara ixracının asanlaşdırılması qanun layihəsində öz əksini tapıb.

Həmçinin istehlakçıların hüquqlarının qorunması və digər məsələlər qanun layihəsində vurğulanır.(oxu.az)

Məqalədə : Qida təhlükəsizliyi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Varlı kəndin bərbad məktəbi - VİDEO

25

Yanvar
14:21
ÖLKƏ
591

Daha bir marşrut avtobusu kart sisteminə keçir

25

Yanvar
14:11
NƏQLİYYAT
420

Sabahın hava proqnozu açıqlandı

25

Yanvar
13:06
ÖLKƏ
372

Putinin "boz kardinal"ı istefa verib

25

Yanvar
12:16
DÜNYA
333

Ölümcül virus artıq Avstraliyada

25

Yanvar
11:21
DÜNYA
332

Bu ərazidə işıq olmayacaq

25

Yanvar
10:47
ÖLKƏ
435
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-01-2020 05:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru