Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Azərbaycan Xalq Cəbhəsi Partiyasının da (AXCP) təmsil olunduğu Milli Şura ilə ReAl Partiyası arasında gərginlik davam edir.
FaktXəbər bildirir ki, ReAl-ın icraçı katibi Natiq Cəfərli Milli Şuranın ona və ReAl-a qarşı qarayaxma, çamuratma kampaniyasına başladığını deyib.
N.Cəfərlinin sözlərinə görə, bir qrup insan (sayları 100-ü keçmir, sadəcə, hər birinin də "Facebook"da 4-5 saxta profili var) küy yaradaraq fikir formalaşdırmağa çalışırlar: “Bu kampaniya birbaşa Milli Şura rəhbərliyənə daxil olan adamlar tərəfindən qızışdırılır, idarə olunur və yönləndirilir. Həmin siyasi düşüncə tərzinin 25 ildir daşıyıcısı olanlar zaman-zaman eyni kampaniyanı ya öz təşkilatlarının içində olanlara, ya da digər siyasi partiyalara qarşı aparıblar. Fərqli düşünən görəndə, sanki, havalanırlar, ağılları-bilikləri yoxdur deyə ancaq satqın söhbəti salırlar. Müsavat Partiyası 2013-cü ildə Milli Şuradan çıxanda eyni kampaniyanı onlara qarşı da apardılar. Bu insanlar anlamırlar ki, indiki hakimiyyətə qarşı nə qədər çoxsəsli və müxtəlif müqavimət mərkəzləri olsa, bir o qədər onların özlərinə xeyirdir. Çünki hamını gözdən salıb ortada tək qalsalar, zatən zəif durumları daha pis vəziyyətə düşəcək, məhv olacaqlar, hakimiyyət bütün gücünü tək onlara yönəldəcək. Bu o qədər aydın məntiqdir ki, anlamırlarsa, deməli, beyinləri yoxdur. 25 ildi xalqı dolayanların, aldadanların ritorikası ilə danışım? “Gəlirik, “Az qaldı”, “Hakimiyyət çökür”, “Hamısı qaçmağa hazırlaşır” beləmi danışım?! Mən belə məsuliyyətsiz və populist ola bilmirəm, siyasət budursa, tüpürüm belə yalan və pafos üzərində qurulmuş siyasətə. Biz həmişə çamur atanlara və qara yaxanlara cavab olaraq belə yazılar yazırıq”.

MSK növbədənkənar parlament seçkiləri ilə əlaqədar Təqvim Planını təsdiqləyib
07
Dekabr
Məzahir Pənahov: Seçilmək arzusunda olan vətəndaşlarımız müraciət edə bilərlər
07
Dekabr
İraqda siyasi böhran 3-cü aya daxil oldu. Bundan sonra ölkəni nə gözləyir?
07
Dekabr
Fələstin hökuməti Qəzzada Amerika Sahara Xəstəxanasının yaradılmasının əleyhinədir
07
Dekabr- 07-12-2019 14:37 Müsavat parlament seçkilərində iştirak barədə qərar qəbul edib
- 07-12-2019 12:20 Məzahir Pənahov: Seçilmək arzusunda olan vətəndaşlarımız müraciət edə bilərlər
- 07-12-2019 11:07 Bu gün MSK-nın iclası keçiriləcək
- 06-12-2019 12:15 Mikayıl Cabbarov erməni nazirin müavininə cavab verib
- 05-12-2019 17:49 Nazirlər Kabinetində yeni təyinatlar olub
- 05-12-2019 17:05 YAP bütün partiyaları seçkilərdə iştiraka çağırıb
- 05-12-2019 16:37 İlham Əliyev Milli Məclisi buraxdı - Növbədənkənar seçkilərin vaxtı bilindi
- 05-12-2019 16:11 Məmmədyarov: Mnatsakanyana məsləhət görərdim ki
- 05-12-2019 08:39 Azərbaycan və Ermənistanın XİN rəhbərləri razılığa gəliblər
- 04-12-2019 17:09 Elmar Məmmədyarovun həmsədrlərlə görüşü başlayıb
- 04-12-2019 16:31 Dağlıq Qarabağın azərbaycanlı icması Sergey Lavrova cavab verdi
- 04-12-2019 15:39 Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğun olmasına dair qərarın TAM MƏTNİ
- 04-12-2019 15:23 Hacıqabulun icra başçısı dəyişdirilib
- 04-12-2019 15:21 Naftalana yeni icra başçısı təyin edilib
- 04-12-2019 15:17 Nazirlər Kabinetində yeni təyinatlar olub
- 04-12-2019 15:10 Konstitusiya Məhkəməsinin Milli Məclisin buraxılması barədə qərarının mətni açıqlanıb
- 04-12-2019 11:44 Azərbaycan Prezidenti “Bakutel-2019” sərgisi ilə tanış olub
- 04-12-2019 09:23 Bu gün Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq
- 04-12-2019 08:25 Bu gün Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılması ilə bağlı sorğuya baxacaq
- 03-12-2019 18:07 XİN Elmar Məmmədyarov və Sergey Lavrovun görüşü ilə bağlı məlumat yayıb
- 03-12-2019 16:46 Erməni məmurlar Azərbaycana gəlir
- 03-12-2019 16:17 Prezident yanında Ali Attestasiya Komissiyasının sədr müavini işdən çıxarılıb
- 03-12-2019 16:09 Milli Məclis deputatlarının xarici səfərləri ləğv olunub
- 03-12-2019 16:09 Baş Nazirin Katibliyinin rəisi vəzifəsinə təyinat olub
- 03-12-2019 11:43 Bakıda Azərbaycan və Rusiya XİN başçıları arasında görüş başlayıb