Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Sentyabr

2019
09:04
548
Bakıda üçmərtəbəli binada baş verən yanğın söndürülüb-VİDEO

Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində üçmərtəbəli binada baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb. FHN-dən FaktXeber.com-a verilən məlumata görə, Bakı şəhərinin Səbail rayonu, Nizami küçəsində üçmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin dəhlizinin atma taxtaları 10 m² sahədə və ümumi sahəsi 140 m² olan üç mənzilin yanar konstruksiyaları 55 m² sahədə yanıb. Yanğın zamanı Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən tüstülənmiş mənzillərdən 18 nəfər bina sakini təxliyə olunub. 

Mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın zamanı 3 bina sakini müxtəlif dərəcəli yanıq xəsarətləri alıb, onlara əraziyə cəlb olunan Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadası tərəfindən ilkin yardım göstərilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə : yanğın 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan əhalisinin sayı açıqlandı

17

Oktyabr
18:29
ÖLKƏ
107

Yanan avtomobili polis söndürdü - VİDEO

17

Oktyabr
16:42
HÜQUQ,HADİSƏ
76

Gəncədə doğuş zamanı körpə ölüb

17

Oktyabr
16:05
HÜQUQ,HADİSƏ
29

Facebook və Instagram çökdü

17

Oktyabr
15:40
DÜNYA
135

Bakıda minik avtomobilləri toqquşdu, ölən var

17

Oktyabr
15:10
HÜQUQ,HADİSƏ
48
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2019 22:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru