Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Avqust

2019
12:12
1197
Sabahdan Türkiyə vətəndaşları Azərbaycana vizasız gələcək

Azərbaycan sentyabrın 1-dən etibarən Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edəcək.

Prezident İlham Əliyevin sərəncamı ilə sabahdan qüvvəyə minəcək qərara əsasən, Azərbaycana 30 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv olunub. 

Həmçinin, Azərbaycan ərazisində 30 gündən artıq qalmaq istəyən Türkiyə vətəndaşlarının statusu Azərbaycan Respublikasının müvafiq qanunları ilə tənzimlənəcək.  

Xatırladaq ki, Türkiyə Hökumətinin qərarına əsasən, bu ölkəyə 30 günədək səfər edən Azərbaycan vətəndaşları viza tələbindən azad edilmişdi. 

Cari ilin iyulunda isə Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Türkiyə Xarici İşlər Nazirliyinə viza tələbinin ləğvi ilə bağlı nota ünvanlanmışdı.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İşdən çıxarılan rəisin yerinə təyinat

15

Oktyabr
14:23
HÜQUQ,HADİSƏ
43

Azərbaycan Ukraynaya nota göndərib

15

Oktyabr
14:21
SİYASƏT
42

Sabahın hava proqnozu açıqlanıb

15

Oktyabr
12:48
ÖLKƏ
45

Everestin hündürlüyü yenidən ölçüləcək

15

Oktyabr
11:32
ELM / TƏHSİL
42

Bakıda 10 məktəb direktoru işdən çıxarılıb

15

Oktyabr
11:14
ELM / TƏHSİL
702
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-10-2019 16:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru