Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Avqust

2019
09:25
658
DYP-nin dünənki əməliyyatının nəticəsi: 1841 qayda pozuntusu

Bakı Şəhər Baş Polis İdarəsi və tabeli orqanları avqustun 28-də jurnalistərin iştirakı ilə birgə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş darama ̶ əməliyyat-profilaktik, profilaktik-maarifləndirmə tədbirləri keçirib.

FaktXəbər-in məlumatına görə, idarənin Mətbuat Xidməti tədbirlərin yekunu ilə bağlı açıqlama yayıb.

Məlumatda bildirilib ki, paytaxtın bütün rayonlarını əhatə edən gücləndirilmiş tədbirlərə televiziyalar, informasiya agentlikləri, xəbər saytları, çəkiliş reportyor qrupları cəlb olunmaqla hüquq pozuntularının profilaktikası, küçə ticarəti, avara və dilənçiliklə məşğul olma ilə yanaşı, şəhər görkəminə xələl gətirən, antisanitariya, avtomobil yollarında hərəkətin təhlükəsizliyi, xüsusilə, müəyyən olunmayan yerlərdə – səkilərdə, piyada keçidlərində avtomobillərin saxlanılması və digər hallarla bağlı fəal iş aparılıb.

Əməliyyat və profilaktiki tədbirlər nəticəsində müxtəlif növ cinayət törətdiklərinə görə axtarışı elan olunan 30 nəfərin yeri müəyyənləşdirilərək saxlanılıb, küçə ticarəti ilə məşğul olduqlarına görə 216, 52 nəfər avara və dilənçiliklə məşğul olduqlarına görə, eləcə də xırda xuliqanlıq, xırda talama, antisanitariya və digər sosial-neqativ hallar aşkar olunub.

Bununla yanaşı, yol hərəkəti qaydalarını pozan ümumilikdə 1841, o cümlədən kobud qayda pozuntusuna yol verən 937 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunub, çoxavazlı səs siqnalları, səs boğucular, sayrışan işıqlar və qanunla qadağan olunan digər əlavə avadanlıqlar quraşdırılan, eləcə də konstruksiyasında dəyişiklik edilən 16, avtomaşını sərxoş halda idarə edən 14 sürücü, 4 avtoxuliqan və yolu müəyyən olunmayan yerdən keçən 355 piyada müəyyən olunub.

Aşkarlanan hər bir hüquqazidd əmələ görə qanunvericiliyin tələblərinə uyğun olaraq, müvafiq tədbirlər görülüb.

Əməliyyat-profilaktik, profilaktik-maarifləndirmə tədbirləri çərçivəsində ictimai təhlükəsizlik idarə və şöbələrinin, post patrul, yol polisi və digər xidmətlərin əməkdaşları ilə birgə KİV nümayəndələri vətandaşlarla fərdi profilaktik söhbətlər aparıb, şəhər sakinlərinin məsuliyyət hissinin artırılması, hüquqi düşüncənin formalaşması istiqamətində tövsiyələr veriblər.

Paytaxtda xidmətin nümunəvi təşkili və aparılması, asayişin, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər davam etdirilir. 

Məqalədə : DYP qayda pozuntusu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakının mərkəzində maşın aşdı - VİDEO

19

Sentyabr
09:54
HÜQUQ,HADİSƏ
73

Bu rayonlarda direktor yerləri boşdur

19

Sentyabr
09:44
ELM / TƏHSİL
56

Xarici valyutaların manata qarşı məzənnələri

19

Sentyabr
09:33
İQTİSADİYYAT
54

Əfqanıstan günə terrorla başladı

19

Sentyabr
09:31
DÜNYA
63

Neft yenidən bahalaşıb

19

Sentyabr
09:21
İQTİSADİYYAT
93

Azərbaycan son 8 ayda 58,4 mln dollar qazanıb

18

Sentyabr
15:59
İQTİSADİYYAT
263

Əlilliyin təyin edilməsi üçün yeni model hazırlanır

18

Sentyabr
15:51
AİLƏ, SAĞLAMLIQ
326

Azərbaycanda 7 məhkəmə hakimi cəzalandırılıb

18

Sentyabr
15:47
HÜQUQ,HADİSƏ
262

Lənkəranda 2 maşın toqquşdu, ölən var

18

Sentyabr
15:44
HÜQUQ,HADİSƏ
258

Deputatların pensiyası artırılacaq

18

Sentyabr
15:27
İQTİSADİYYAT
304
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2019 10:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru