Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Avqust

2019
12:40
1196
Gənc müəllim və direktorların sayı artıb - Təhsil Nazirliyi

Əvvəlki illərlə müqayisədə gənc müəllim və direktorların sayı artıb.

Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, ümumilikdə götürülsə, direktor olmaq istəyənlər arasında orta yaşlı namizədlər daha çoxluq təşkil edir.

E.Bağırov bildirib ki, bu il Təhsil Nazirliyinə direktor olmaq istəyən 3403 namizəd elektron qaydada müraciət edib. Onların 1800-ə yaxını müsabiqənin test imtahan mərhələsində iştirak edib.

Bunun əvvəlki illərlə müqayisədə daha çox olduğunu deyən E.Bağırov qeyd edib ki, test imtahanında iştirak edən namizədlərdən təxminən 800 nəfərə yaxını müvafiq keçid balını toplayıb:

"Keçid balını toplayan bütün namizədlər mərhələli şəkildə müsabiqənin yekun - müsahibə mərhələsinə dəvət olunacaq. Ötən həftə 150 nəfərə yaxın namizəd müsahibə mərhələsində iştirak edib. Bu həftənin son 3 günü ərzində də müsahibələr təşkil olunacaq. Ümumilikdə götürsək, namizədlərin həm test imtahanı nəticələri, həm müsahibədə göstərdikləri bilik və bacarıqları əvvəlki illərlə müqayisədə daha qaneedicidir. Amma müsahibə mərhələsindən də bütün iştirakçılar keçmir. Bəzən hətta keçid balından artıq bal toplayan namizədlər də müsahibə mərhələsində özlərini yetərincə göstərə bilmirlər. Onlarla bağlı qərar təbii ki mənfi olur".

E.Bağırov qeyd edib ki, mövcud qanunvericiliyə əsasən, direktor olmaq üçün namizədin 5 il pedaqoji stajı olmalıdır. Ümumilikdə, müsabiqələrə qatılan şəxslər artıq stajlı, təcrübəli namizədlərdir.(Trend)

Məqalədə : Təhsil Nazirliyi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda nənə və nəvəni maşın vurub

14

Oktyabr
15:52
HÜQUQ,HADİSƏ
190

Ərdoğan Azərbaycana gəlib - YENİLƏNİB

14

Oktyabr
15:29
SİYASƏT
295

İqtisadiyyat üzrə Nobel mükafatı sahiblərini tapdı

14

Oktyabr
14:24
İQTİSADİYYAT
229

Sabahın hava proqnozu açıqlanıb

14

Oktyabr
12:53
ÖLKƏ
174

Daha bir yol bağlanıb - RƏSMİ

14

Oktyabr
12:49
NƏQLİYYAT
193

Əfqanıstanda güclü zəlzələ olub

14

Oktyabr
12:17
DÜNYA
151
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-10-2019 05:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru