Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Avqust

2019
10:13
815
`Bundan alacağıq?` deyə soruşan Ərdoğana Putindən maraqlı cavab-VİDEO

RF prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Ərdoğanın  Rusiya istehsalı beşinci nəsil Su-57 qırıcısına baxış keçirərkən, etdikləri söhbət kameralarla qeydə alınıb. FaktXeber.com-un verdiyi məlumata görə, müzakirələr zamanı Ərdoğanın Su-57-ni nəzərdə tutaraq  "Bundan alacağıq", - deyə soruşduğu, Rusiya liderinin isə buna, -  "istəsəniz ala bilərsəniz" - cavabı verdiyi görünür.

Moskva yaxınlığında Jukovski şəhərində başlayan MAKS-2019 Beynəlxalq Aerokosmik sərgini Türkiyə və Rusiya liderləri birgə gəziblər. Onlar qırıcıya yaxınlaşarkən Ərdoğan rusiyalı həmkarına "Su-57 budur? Uça bilir?",- deyə soruşub. Putin də "Uçur, sizə bu gün göstərəcəyik", - deyib. Bundan sonra Ərdoğan  zarafatyana "bundan alacağıq?" deyə soruşur. Putin isə bir az duruxduqdan sonra "İstəsəniz, ala bilərsiniz", - deyib.

Qeyd edək ki, Türkiyənin ABŞ-dan dəfələrlə Patriot RƏM istiəməsinə baxmayaraq, hər dəfə ABŞ müəyyən bəhanələrlə bu sistemi verməkdən yayınmışdı. İşi belə görən Türkiyə hökuməti terrorçuların müxtəlif raketlər əldə etməsinə cavab olaraq Rusiyadan dünyada analoqu olmayan S-400 ZRK sistemləri almaq qərarına gəldi. Və 2019-cu ildə bu sistemlər Türkiyəyə təslim edildi. Ankaranın S-400 almasından sonra başda Tramp olmaqla ABŞ hökuməti illərdir Türkiyənin də tərəfdaşı olduğu yeni nəsil F-35 qırıcılarının bu ölkəyə təslimatının sual altında olduğunu açıqladılar. Görünür, bu hədələr Türkiyəni düşünməyə vadar edib və onlar F-35-ə də Rusiyanın son dövrlərdə istehsal etdiyi beşinci nəsil hava gəmisini – Su-57-ni almaq qərarına gəliblər. Su-57-yə edilən baxış da bu barədə müzakirələr aparıldığını istisna etmir.

F-35 kimi beşinci nəsil qırıcı olan Su-57 səsdən sürətlidir. Radap sistemləri tərəfindən təsbit edilə bilinməyən təyyarənin bütün texniki xüsusiyyətləri təfərrüatları ilə məlum deyil. Lakin istehsalçıları bu qırıcının öz rəqiblərindən dəfələrlə üstün olduğunu bildiriblər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda avtobus drenaj xəttinə düşüb - FOTO

23

Sentyabr
12:43
NƏQLİYYAT
74

Narkobarondan 1 kq-dan artıq heroin götürüldü

23

Sentyabr
12:20
HÜQUQ,HADİSƏ
113

Ən təhlükəli parollar sadalanıb

23

Sentyabr
12:11
MARAQLIDIR
102

Azərbaycana Rusiyadan 7 ton pendir idxal edilib

23

Sentyabr
11:22
İQTİSADİYYAT
162

DİN: Həftəsonu yol qəzalarında 2 nəfər ölüb

23

Sentyabr
10:40
HÜQUQ,HADİSƏ
138

Trump və Ərdoğan telefonla danışıb

23

Sentyabr
09:46
DÜNYA
209

Xarici valyutaların manata qarşı məzənnələri

23

Sentyabr
09:39
İQTİSADİYYAT
194

Tovuz və Tərtərdə qaz olmayacaq

23

Sentyabr
09:36
ÖLKƏ
185
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2019 13:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru