Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Avqust

2019
15:23
Taliban: Amerika getməsə müharibə dayanmayacaq

Taliban hərəkatı Əfqanıstan müharibəsi ilə bağlı açıqlama yayıb.

FaktXəbər-in məlumatına görə, Taliban yaydığı bəyanatda Əfqanıstan müharibəsinin Taliban qrupunun dağıdılması ilə başladığını, amma bu müharibənin, ancaq ABŞ-ın bu ölkədən çıxması ilə başa çatacağını bildirib.

Taliban bəyannaməsində bu ölkənin 18 ildir ki, Amerikanın işğalında olduğunu və bu müddət ərzində minlərlə vətəndaşın ABŞ tərəfindən öldürüldüyünü, ölkənin yerlə bir edildiyini açıqlayıb.

Bu arada NATO qüvvələrinə məxsus təyyarələrin Əfqanıstanın Loqar vilayətində "səhvən" vətəndaşları vurduğu və hücum nəticəsində 1 mülki vətəndaşın öldüyü, 4 nəfərin də yaralandığı bildirilib.

Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzai yazılı bəyanatla NATO-nun mülki vətəndaşlara qarşı hücumlarını dayandırmasını tələb edib.

Məqalədə : Taliban 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu sürücülər 40 manat CƏRİMƏLƏNƏCƏK

22

Noyabr
16:57
NƏQLİYYAT
533

Hərbdə və mənəviyyatda generallıq

22

Noyabr
16:22
ARAŞDIRMA
172

Sabahın hava proqnozu açıqlanıb

22

Noyabr
13:00
ÖLKƏ
390
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-11-2019 19:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru