Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Avqust

2019
15:07
Dövlət qurumlarının maşınları ucuz qiymətə satılır

Əmlak Məsələləri Dövlət Komitəsi sentyabrın 24-də rəsmi qurumların balansında olan avtomobillərin hərracını keçirəcək.

Satışa ümumilikdə 14 avtomobil çıxarılacaq. 

Azərbaycan Milli Məclisinin İşlər İdarəsinin balansında olan "Nissan Maxima" markalı iki nəqliyyat vasitəsi, 50 faiz endirimlə hər biri 3500 manata təkrar hərraca çıxarılır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin balansında olan nəqliyyat vasitələri ("Chevrolet Niva") 5400 və 7200 manata satışda olacaq. 

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin balansında olan nəqliyyat vasitəsi ("UAZ-31512") 1000 manata təklif olunacaq.  

Həmçinin, Baş Prokurorluğun, Təhsil Nazirliyinin və Neftçala Rayon İcra Hakimiyyətinin balansında olan nəqliyyat vasitələri 50 faiz endirimlə (müvafiq olaraq 3500, 1500 və 2000 manat) təkrar hərraca çıxarılır.

Sifarişlər Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e-emdk.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec üç bank günü qalanadək qəbul olunacaq.(oxu.az)

Məqalədə : Dövlət qurumu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43463

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41749

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43396

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42872

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48380

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42909

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43355
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-09-2020 12:42





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru