
Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan avqustun 27-də təcili Moskvaya gedib rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Halbuki, sentyabrın 16-da görüşməli idilər. Ərdoğan üçün bu tarix gecdir. Avqustun 27-də müzakirə olunacaq yeganə mövzu İdlibdir. Əsədə bağlı ordu hissələri İdlibə yaxınlaşıblar. Ankaranın İdliblə əsas narahatlıqları bunlardır:
Birincisi, İdlibə hücum balşalayacağı halda yüzminlərlə qaçqın axını Türkiyə sərhədinə dirənəcək, bu Türkiyənin növbəti humanitar böhranla üz-üzə qalması deməkdir.
İkincisi, Türkiyənin İdlib ətrafında hərbi postları var. İdlibə hücum genişlənərsə həmin hərbi postlara təhlükə yaranacaq, bu halda Suriya ordusu ilə Türkiyə ordusu arasında toqquşma ehtimalı artacaq. Bu isə iki dövlət arasında müharibənin rəsmən başlanmasını sürətləndirəcək ki, bunu nə Ankara, nə Moskva, nə də ki, Dəməşq istəməz. Ancaq Dəməşq ölkə ərazisini terrorçulardan və silahlı müxalifətdən azad etməkdə də israrlıdır.
Üçüncüsü, İdlibdə Türkiyənin dəstəklədiyi silahlı qruplar var ki, Ankara həmin qrupların məğlub olmasını istəmir. Ancaq həmin qruplar həm Suriya ordusundan, həm də terrorçulardan zəifdirlər.
Buna baxmayaraq, Əsəd Moskvanın razılığı ilə İdlib ətrafına hücumu genişləndirir. Əslində həm Əsədin, həm də Moskvanın məntiqi sadədir: “İdlib terrorçuların son yuvasıdır və bu şəhəri terrorçulardan təmizləmək lazımdır”. Ankara bu məntiqin qarşısında durub deyə bilməz ki, “yox terrorçulara qarşı savaşı dayandırın”. Ancaq Ankara yuxarıda sadaladığımız 3 səbəbə görə idlibin Suriya ordusunun nəzarətinə keçməsini istəmir. Üstələg Suriya ordusu İdlibə nəzarəti tam ələ keçirsə Dəməşq Türkiyə ordusunun Suriyanın digər məntəqələri də tərk etməsini tələb edəcək. Əlbəttə, bu halda Ankaranın da dəmir məntiqi var: “Terrorçu PKK və ona bağlı olan YPD Suriyada var olduğu müddətdə Suriyadan çıxmayacağıq”.
Kreml ikili siyasət yürüdür. Rusiya bir tərəfdən Əsədin Suriya içərisində əlinin güclənməsini istəyir və onun ordusunun hücumlarına dəstək verir. Kreml sahibi Vladimir Putin digər tərəfdən türkiyəli həmkarı Ərdoğanla münasibətləri pozmaq istəmir. İki dövlət arasındakı münasibətlər və ortaq layihələr son illərdə elə böyük miqyas alıb ki, iki lider bir-biriləri ilə münasibətləri poza bilməzlər.
Buna baxmayaraq, Kreml İdlibin Suriya ordusunun nəzarəti altına keçməsini Türkiyə ilə strateji münasibətlərdən daha üstün tutur. Türkiyə C-400 raketlərini artıq alıb və “türk axını” layihəsi bitmək üzrədir, bunlar geri dönüşü olmayan layihələrdir. Ona görə də Putin Ərdoğanın Rusiyadan üz döndərməyəcəyinə əmindir. Putin İdlib məsələsində arqumentinin güclü olduğuna əmindir. Çünki Ərdoğan ötən ilin sentyabr ayında Putinə söz vermişdi ki, İdlibdə silahlı müxalifəti terrorçulardan ayıracaq və şəhər silahlı müxalifətin nəzarətinə keçəcək. Ərdoğan bunun reallaşması üçün təxminən bir ay vaxt istəmişdi. Bir ilə yaxın keçən müddətdə bu vədi reallaşdırmaq obyektiv səbəblərdən mümkün olmadı. Çünki idlibdə terrorçular daha güclüdürlər və onlar silahlı müxalifəti şəhərdən sıxışdırıb çıxardıblar. Bunun qarşılığında Ərdoğanın Putinlə İdlib mövzusunda söhbətdə mövqeyi zəifləyib. Ancaq Ərdoğan Putinə onu da deyə bilər ki, vaxtilə Rusiya və Suriya orduları bilərəkdən bütün şəhərlərdən qovduqları terrorçuların ailələri ilə birgə İdlibə toplanmasına şərait yaratdılar.
Ərdoğan Putini inandırmağa çalışacaq ki, Suriya ordusu hücumu dayandırsın və bölgədə Türkiyənin haqlı maraqları nəzərə alınsın. Putinin atəşkəs vədi verəcək, ancaq vədin yerinə yetirilməsi uzun çəkməyəcək. Putin bu məsələdə sınanmış tarixi məntiqdən çıxış edir. Hərbi meydanda güclü olan diplomatik danışıqlarda da əlini gücləndirir.
“Atlas” Araşdırmalar Mərkəzi

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 03-06-2020 17:09 Əbülfəs Qarayevin topdağıtmaz biznesi - SİYAHI
- 01-06-2020 10:32 İsrail bölgədə antisemit siyasətini davam etdirir
- 18-05-2020 13:11 Bəşəriyyətə azadlıq, zülmə qarşı mübarizə Qüdsdən başlanır
- 31-01-2020 15:13 Analitik: Bütün ölkələr Fəlsətin məsələsində Tramp kimi tərəf seçməyə məcbur olacaqlar
- 29-01-2020 11:17 Dünyanın gözü qarşısında bir dövlət məhv edilir
- 25-01-2020 14:20 Türkiyədəki zəlzələnin Azərbaycana təsiri varmı?
- 07-12-2019 11:23 İraqda siyasi böhran 3-cü aya daxil oldu. Bundan sonra ölkəni nə gözləyir?
- 18-10-2019 15:39 Eyyyy... Növbədə nə var? - ANALİZ
- 16-10-2019 15:39 Gülümsəyin bəylər...
- 20-09-2019 16:42 ABŞ və Səudiyyə Ərəbistanı Yəmən müharibəsini də uduzur
- 18-09-2019 11:40 Yəmən xalqının qətliamına susan dünyanın neft sancısı
- 03-09-2019 14:39 Rizvan müəllimlə deputat Rizvan Cəbiyevin fərqi
- 27-08-2019 10:47 Putin Ərdoğanın xahişini yerinə yetirəcəkmi?
- 05-07-2019 10:23 BƏƏ hər yerdə itirə-itirə gedir - Analiz
- 23-06-2019 13:48 İmamoğlunun qələbəsi və Amerikanın istəkləri
- 21-06-2019 16:25 Ərdoğan, İmamoğlu və Bilderberq Kulubu
- 19-06-2019 14:36 Türkiyə tarixi seçim qarşısında: “S-400”mü, “Patriot”mu?
- 12-06-2019 12:41 Fazil Məmmədovun velosiped biznesi batır
- 31-05-2019 09:06 Qüds Günü – dünya müsəlmanları zülmə etiraz edir!
- 29-05-2019 10:07 TRAMP GERİ ÇƏKİLİR: ABŞ-ın vuruşmaq yox, vuruşdurmaq niyyəti...
- 22-05-2019 14:56 "Tupoy"a görə danışanlar, "it balası"na görə susurlar - VİDEO
- 21-05-2019 13:36 "Vaşinqton Post": İranla müharibə bataqlıqların anası olacaq - ANALİZ
- 02-05-2019 15:38 Necə oldu ki, camaatın əksəriyyəti din təhsilinə razı deyil?
- 01-05-2019 09:54 Əlavə qaz pulu ödənişləri əhaliyə qaytarılsın - EKSPERT
- 30-04-2019 10:57 Təhlükə Azərbaycana da gəlib çıxdı: Uşaqların yoxa çıxmasının səbəbi bilindi