Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Yeni doğulan körpələrə doğulduğu ilk gündən süni qida verilməsi Səhiyyə Nazirliyini, o cümlədən neonatal komissiyanın ekspertlərini də narahat edir.
Bu barədə Səhiyyə Nazirliyi və UNİCEF məlumat yayıb.
Məlumatda bildirilir ki, bu məqsədlə UNİCEF-in “Körpə dostu klinikası” təşəbbüsü ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə, İctimai Səhiyyə və İslahatlar Mərkəzi və neonatal komissiyanın ekspertlərinin istiraki ilə təbii qidalanmanın müstəsna rolu haqqında strategiya hazırlanıb:
"Bu işə 2019-cu ilin yanvar ayından start verilib. Lahiyənin birinci mərhələsində mövcud problemlər müzakirə edilib, lahiyənin mərhələləri işlənib. İşin I mərhələsində respublikanın bir sıra doğum evlərində ilkin audit aparılıb. Analarla fərdi sorğu keçirilib. Sorğunun nəticələri araşdırılıb, real mənzərə müəyyən edilib. Hal-hazırda II mərhələ davam edir – həkimlərə və tibb bacılarına treninqlər keçirilir, hamilələr və yeni ana olanlar üçün informasiya mənbələri, normativ sənədlərə əlavələr hazırlanır. Məqsədimiz və hədəfimiz bütün doğum evlərində istər təbii doğuş, istərsə də keysəriyə kəsiyi ilə doğulmasından asılı olmayaraq bütün uşaqlara ana ilə dəri təmasının qurulmasını, gələcəkdə körpənin ana südü ilə uğurlu qidalanmasını təmin etmək üçün ilk 1 saat ərzində döşə qoyulmasını tətbiq etməyə nail olmaq və bunun vacibliyini analara izah etməkdir ki, süni qida qəbulu adi hala çevrilməsin.
Hazırda hamilə qadınların hamiləlik dövründə mama-ginekoloqların nəzarətində olduqları müddətdə də bu barədə məlumatlandırma aparılır. Məlumatlı ana bu qaydalara riayət etməyən doğum evlərində olarkən özü səy göstərərək, körpəsinə yalnız ana südü verəcəyini qətiyyət və israrla bildirə bilir. Anaların düzgün əmizdirmə barədə kifayət qədər məlumatlandırılması üçün kitabçalar hazırlanır, bu istiqamətdə gənc analarla maarifləndirmə işləri də gücləndirilir. Göstəriş olmadan süni qida təyin edən həkimlərin askar edilməsi üçün müvafiq tədbirlər hazırlanır. Süni qidaların reklamının yolverilməz olduğu qanunvericilikdə də öz əksini tapıb. Strategiyanın bir istiqaməti də ana südü verilməsinin körpənin 6-cı ayına kimi davam edib-etmədiyini öyrənməkdir. Bunun üçün ana ilə yenidən əlaqə saxlanılır. Əldə olunan nəticələr audit aparılan klinikaların rəhbərliyi ilə birgə dəyirmi masada mütəmadi müzakirə olunur".
Nazirlik ana olmağa hazırlaşan qadınlara bu məqsədlə müraciət edib: "Doğum evlərində olarkən körpənizi yalnız ana südü ilə qidalandıracağınızı qətiyyətlə tələb edin və yeni doğulmuş körpənizi həyatının ilk saaatından başlayaraq 6 ay ərzində yalnız ana südü ilə qidalandırın! Ana südü ilə qidalandırmanı dayandırmaq haqda uşağın 1-2 yaşından tez düşünməyin.
Əziz analar, unutmayın ki, ən effektiv südgətirici vasitə – sizin bir ana kimi uşağınızı əmizdirməyə qabil olmağınız və ana südünün onun üçün ən ideal və əvəzsiz qida olmasına əminliyinizdir!
Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmuş körpəni həyatının ilk saatından başlayaraq 6 ay ərzində yalnız ana südü ilə qidalandırmaq körpənin həm sağlam böyüməsini, həm də beyninin inkişafını təmin edəcəkdir. Ona bu dövrdə digər maye (su, çay) və ya qida lazım deyil. Ana südündə yetərincə maye var və bu, hətta istidə belə körpənin tələbatını qoruyur.
Əgər hər hansı tibbi göstəriş yoxdursa, körpələrə süni qidaların verilməsi körpənin fiziki və psixi inkisafina, həmçinin ananın sağlamlığına mənfi təsir göstərir. Süni qidalandırılma ailənin həm mənəvi, həm də maddi təməlinə zərbə vurur.
Körpənin ana südü ilə qidalandırılması nəticəsində ana və uşaq arasında həm də mehriban münasibət, xoş ünsiyyət yaranır, heç şübhəsiz ki, bu, körpənin sağlam inkişafında mühüm rol oynayır. Səhiyyəmizdə yüzlərlə savadlı, təcrübəli, fədakar, mənəviyyatı saf, vicdanı təmiz tibb işçiləri bu barədə anaları məlumatlandırır və körpələrini dünyaya gəldiyi ilk saatdan etibarən əmizdirməyi onlara tövsiyə edirlər. Təəssüflər olsun ki, bəzən anaları süni qidalara yönəldənlərə də rast gəlinir".

Yunis Səfərovun ibtidai istintaqı başa çatıb, iş məhkəməyə göndərilib
06
Dekabr03-12-2019 12:20 BDU-nun yataqxanasında daha iki tələbə zəhərləndi
29-11-2019 10:26 Narkotik vasitələrə və psixotrop maddələrə nəzarət yeni quruma verilib
04-11-2019 15:31 Səhiyyə Nazirliyində yeni kadr təyinatı olub
30-10-2019 11:59 Nazirlik Oqtay Gülalıyevlə bağlı məlumat yaydı
08-10-2019 12:13 Nazirlik Qaxdakı partlayışda xəsarət alanların durumu barədə məlumat yayıb
19-09-2019 14:28 Qarayaraya yoluxan xəstələrlə bağlı SON DURUM
- 05-12-2019 13:13 Azərbaycan həkimləri tibb ədəbiyyatında rast gəlinməyən unikal əməliyyat keçiriblər - VİDEO
- 02-12-2019 11:58 Bu il Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlanıb
- 27-11-2019 15:08 Yanlış qidalanma qalxanabənzər vəzi xəstəliklərinə səbəb ola bilər - VİDEO
- 25-11-2019 17:03 Agentlik sədri: “İcbari tibbi sığorta mərhələli şəkildə həyata keçiriləcək”
- 20-11-2019 16:36 Azərbaycanda hər 4 evlilikdən 1-i boşanma ilə nəticələnir - ARTIM VAR
- 08-11-2019 12:05 Xurmanın faydaları: Kimlərə olmaz?..
- 07-11-2019 12:25 HİV-in yeni təhlükəli ştammı aşkar edilib
- 06-11-2019 14:27 Nikotin asılılığının yeni təhlükəsi müəyyən edilib
- 06-11-2019 09:17 Uşaqlar arasında ən çox rast gəlinən pozuntular
- 05-11-2019 11:22 Səhhətimiz üçün ən təhlükəli şirniyyatlar açıqlanıb
- 29-10-2019 16:01 İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi zərərlə işləyir
- 25-10-2019 12:15 Dietoloq bir-biri ilə "yola getməyən" qida birləşmələrindən danışdı
- 22-10-2019 15:12 Alma, çuğundur, kök qarışığının möcüzəvi faydası
- 21-10-2019 22:48 Azərbaycanda İİV-ə yoluxan insanların statistikası açıqlanıb
- 21-10-2019 18:00 Ötən il 31432 nəfər Narkoloji Mərkəzdə qeydiyyatda olub
- 21-10-2019 16:50 Smartfona görə görmə qabiliyyətini itirməməyin yolları açıqlanıb
- 17-10-2019 16:48 Kəskin arıqlama ilə ölüm risqi arasında əlaqə müəyyən olunub
- 17-10-2019 11:07 Heç bir infeksiya ana südü ilə uşağa keçə bilməz
- 16-10-2019 16:06 Ən faydalı quru meyvələrin adları açıqlanıb
- 15-10-2019 12:06 Qışda artıq çəki yığmamaq üçün nə etmək lazımdı?
- 11-10-2019 12:33 Soyuqdəymədən qorunmağın ən məşhur yolları ən effektsiz üsullar imiş
- 10-10-2019 11:21 Miyopiyadan qorunmağın üsulları açıqlanıb
- 10-10-2019 09:06 Əcnəbiyə ərə gedən qadınlarının sayı artıb
- 09-10-2019 09:16 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
- 08-10-2019 15:53 Qızdırma ilə bağlı bildiklərimiz səhv imiş