Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Avqust

2019
16:57
1076
FHN meşə yanğınları ilə bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi son günlər ölkə ərazisində ardıcıl baş verən meşə yanğınları ilə bağlı məlumat yayıb.

Nazirlikdən FaktXəbər-ə verilən məlumatda bildirilir ki, son günlər bölgələrdə mürəkkəb relyefli dağlıq ərazilərdə baş vermiş yanğınların qarşısının alınması məqsədilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Aviasiya dəstəsinin, Mülki müdafiə qoşunlarının və regional mərkəzlərinin müvafiq canlı qüvvə və texnikası yanğınsöndürmə işlərinə cəlb olunub:

"Həyata keçirilmiş operativ tədbirlər nəticəsində Lənkəran, Lerik, Quba, Yardımlı və digər rayonların dağlıq zonalarında meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınlar tam söndürülüb, Oğuz, Qəbələ, Ağsu, İsmayıllı rayonlarında baş vermiş yanğınların daha geniş ərazilərə yayılmasının qarşısı alınıb və hazırda tam söndürülməsi istiqamətində tədbirlər fasiləsiz olaraq davam etdirilir. Yanğınsöndürmə əməliyyatlarında, ümumilikdə, FHN-in 900 nəfərdən artıq canlı qüvvəsi, 70-ə yaxın texnikası, 4 ədəd helekopteri və 1 ədəd “BE 200 ÇS” tipli amfibiya təyyarəsi iştirak edib".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1145

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
65

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
90

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
316

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
353
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2019 01:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru