Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Avqust

2019
12:12
1094
Sinoptiklərimiz daha dəqiq proqnoz verə biləcək

Azərbaycanda doppler radar müşahidə sisteminin tətbiqinə başlanılır.

Bunu ABŞ-ın “Baron” şirkətinin Azərbaycanda “Vahid milli hidrometeoroloji sistemin yaradılması” proqramı çərçivəsində quraşdıracağı Hava Radar Sisteminin təqdimatı zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, bu sistemin tətbiqi Milli Hidrometeorologiya Xidmətinin işini asanlaşdıracaq:

"Doppler radar sistemi dünyada geniş istifadə olunur. Bu avadanlıqlar iqlim dəyişiklikləri ilə bağlı təhlükəli hadisələrə daha hazır olmaq imkanı yaradır və texniki imkanlarımız bununla güclənir. Belə bir sistemin alternativi yoxdur.

Qısamüddətli proqnozların dəqiqliyini artırmaq imkanı verəcək bu sistem sayəsində 2-4 saat əvvəldən qısamüddətli xəbərdarlıqların konkret ərazilər üzrə lokallaşdırılmış daha dəqiq verilməsini təmin edir. İndiyə qədər verilən xəbərlər bütün respublikanı əhatə edirdi. Amma indi dəqiqliklə deyə biləcəyik ki, regionlar üzrə hansı proseslər qeydə alınacaq".

U.Tağıyeva qeyd edib ki, doppler radar sistemi ilk olaraq Şamaxı və Göygöldə quraşdırılacaq:

"Bu sistemin əhatə radiusu 250 kilometri əhatə edir. Yəni dəqiqliyi təmin etmək üçün iki doppler radar kifayət deyil. Daha sonra bu sistem respublikanın beş regionunda quraşdırılacaq. Bütün bu işlər dövlət investisiyası ilə reallaşır".

"Baron" şirkətinin nümayəndəsi Brian Bellev isə bildirib ki, bu sistem meteoroloji prosesləri və bulud sistemlərini 3D formatında vizuallaşdırmağa imkan verir:

"Digər sistemlər buna imkan vermir. Biz dünyada ən qabaqcıl radar sistemini istehsal edirik. Doppler radar sistemlərimizlə ölkədə bütün hidrometeoroloji müşahidə sistemi vahid şəbəkədə birləşdirmək imkanı yaradırıq".

O deyib ki, bu sistem vasitəsilə iki saat qabaqcadan yağıntının, dolunun neçə milli metr düşməsi ehtimalını təxmin etmək olacaq. 

Qeyd edək ki, "Baron" radarları fasiləsiz avtomatlaşdırılmış, uzaqdan izləmə rejimində və 24 saat müddətində fəaliyyət göstərəcək.(oxu.az)

Məqalədə : Sinoptiklər 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda tullantılar çeşidlənəcək

21

Sentyabr
14:36
DÜNYA
687

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
827

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
656

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
682

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
334

Axtarışda olan 24 nəfər saxlanılıb

21

Sentyabr
10:19
HÜQUQ,HADİSƏ
654

Dünya bazarlarında neft ucuzlaşıb

21

Sentyabr
10:13
İQTİSADİYYAT
670

Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

20

Sentyabr
16:35
HÜQUQ,HADİSƏ
675
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2019 12:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru