Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Avqust

2019
11:28
`Azərenerji` `Şəmkir` SES-də bərpa işləri aparır

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti ölkənin ikinci böyük su elektrik stansiyası olan “Şəmkir” SES-də təmir-bərpa işləri həyata keçirir. 

Ötən ilin payızından başlayaraq “Reabilitasiya Proqramı” çərçivəsində bu stansiyanın hidroaqreqatlarında təmir-bərpa işləri aparılıb və 2 saylı hidroaqreqat üçün sifariş əsasında gətirilən ehtiyat hissələri dəyişdirilib, 330 kV-luq blok avtotransformatoru əsaslı təmir olunub. Bununla itirilmiş güc bərpa olunub, dayanıqlıq və etibarlıq artırılıb.

Hazırda əsas diqqət “Şəmkir” SES-in su tullayıcı qurğusuna yönəlib. Çünki 1983-cü ildə stansiya istismara veriləndən sonra su tullayıcı qurğuda heç bir təmir işləri aparılmayıb. Ona görə də bu qurğunun döşəməsində, tavanında, orta aşrımında, cıxış başlıq hissəsində, istinad divarlarında aşınmalar və çatlar əmələ gəlib. Qurğuda su sızmalarının qarşısını almaq üçün yerli və xaricdən dəvət edilən mütəxəssislərin iştirakı ilə layihə hazırlanır və yaxın vaxtlarda əsaslı təmir işlərinə başlanacaq. Eyni zamanda planlaşdırılan işlər çərçivəsində “Şəmkir” SES-in açıq paylayıcı qurğusunun, hidroaqreqat generatorların təsirlənmə sistemlərinin, idarəetmə mərkəzinin, SCADA dispetçer idarəetmə sisteminin, tezliyin və aktiv gücün avtomatik tənzimlənməsi sisteminin yenidən qurulması nəzərdə tutulub.

Məqalədə : Azərenerji 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
42706

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41060

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42633

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42134

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
47627

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42071

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42446
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2020 22:06





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru