
Son zamanlar rəqəmsal media platformalarında homoseksualizm mövzusu təbliğat yolu ilə insan həyatına inteqrasiya edilməyə çalışılır. Başda Amerikanın məşhur "Netflix" şirkəti olmaqla bir çox media platforması homoseksualizm mövzusunu intensiv şəkildə işləyir.
Dünya miqyasında yayılan homoseksualizm məsələsi Avropadakı valideynlərin də böyük etirazına səbəb olub. Bəs homoseksual məzmunlu filmlərin çoxalmasında məqsəd nədir?
FaktXəbər olaraq bu məsələni araşdırmşıq.
NETFLİX-İN HOMOSEKSUAL MƏZMUNLU FİLMLƏRİNDƏ MƏQSƏD
Dünya miqyasında homoseksualizm layihəsi olan LGBT (Lesbian, Gay, Biseksual və Transgender), istər serial və filmlərlə, istər siyasi kampaniyalarla, istərsə də beynəlxalq media qurumlarının əli ilə pedofiliya, homoseksualizm və uşaq istismarını normallaşdırır və məsumlaşdırır. Beynəlxalq serial və film izləmə qurğusu olan "Netflix"in bazasında homoseksualizm mövzulu verilişlər o qədər çirkin və yüksək səviyyədədir ki, açıq homoseksual əlaqələr ekrana gətirilir, uşaqlar da buna alət edilir.
UŞAQLAR ÜZƏRİNDƏKİ MƏNFİ TƏSİRİ
2019-cu ilin yanvarında ABŞ-ın Şimali Karolina ştatında "homoseksual haqlarının artırılması üçün" 60 milyon dollarlıq xərcləyəcəyini açıqlayan "Netflix" yayımladığı serial və filmlərdə yaş həddi tanımadan açıq şəkildə homoseksualizm təbliğatı aparır.
Qədimdən subliminal üsullarla keçirilməyə çalışılan manipulyasiya indi açıq-saçıq şəkildə ortaya qoyulur. Cizgi filmlərində qız uşaqlarını öpüşdürən "Netflix", cinsi inkişafını tamamlamamış uşaqların saf ağıllarını bulandırmağa çalışır.
Misal üçün, "Netflix"də yayımlanan "Səmadan 3: Arkadia nağılları" adlı uşaq animasiya cizgi serialının 2-ci mövsümündə 9-10 yaşlarındakı 2 qız uşaqları öpüşdürülür.
DÜNYA MİQYASINDA YAYILAN TƏHLÜKƏ
Bu yaxınlarda Vestminster Universitetində ali təhsil aldğını açıqlayan və özünü "feminist aktivist" kimi təqdim edən Mare Tralla adlı "sənətkar" ibtidai sinif uşaqlarının gətirildiyi sənət qalereyasında "incəsənət" adı altında əxlaqsız bir görüntü təqdim edib. Görüntünün uşaqlarda yaratdığı təsiri görmək üçün isə sifətlərinə baxmaq kifayətdir.
Uşaqlara təqdim olunan homoseksual məzmunlu məhsullara edilən tənqidlərə qarşı bəzi media orqanları bu məzmunları normallaşdıran məqalələr yayımlayırlar. Bu cür media orqanlarının başında BBC kimi böyük qurumlar dayanır. Onlar tez-tez LGBT lobbisinin üzləşdiyi təzyiqlər, cəmiyyətə inteqrasiya edilməyə çalışılan homoseksuallar barədə yazırlar. Onlar barədə məqalələr yayımlayaraq məzlum görkəmi formalaşdırmağa çalışırlar.
Bundan əlavə, homoseksuallara televiziya ekranlarında tribuna verirlər və cəmiyyətin müxtəlif problemlərinin onların dilindən təqdim edilməsinə şərait yaradırlar. Və ya onların sosial şəbəkələrdə etdikləri paylaşımlardan sitatlar gətirirlər. Nəticədə nə olur? İnsanlar cəmiyyəti əxlaqsızlığa sürükləyən belələrinə qarşı müsbət düşünməyə başlayırlar.
UŞAĞI LEYLƏK GƏTİRİR, LGBT RƏNGİ İSƏ QAYĞIKEŞLİK RƏMZİDİR
Bu da hamısı deyil. İrəli yaşlı insanların homoseksualları qəbul etməsi çox çətindir. Normal düşüncəsi olan şəxs kişini kişi, qadını qadın kimi təsəvvür edir və bizə "adi bir şey" kimi təqdim olunanları iyrənclik adlandırır.
Bəs nə etməli?
LGBT lobbisi bunun yolunu tapıb. Öncədən də qeyd etdiyimiz kimi uşaq yaşdan uşaqlarda şüur formalaşdırmaq qərarına gəliblər. Bir çox valideyn uşaqların başı bir az qarışsın deyə onlara cizgi filmlər seyr etdirirl'r. Amma bu cizgi filmləri güman edildiyinin əksinə, heç də məsum deyil.
Uşaqların gizlincə zəhərləndiyi cizgi filmlərdən biri də Amerika istehsalı olan "Mənim balaca ponim: Yoldaşlıq Sehrlidir" (My Little Pony) cizgi serialıdır. İlk dəfə homoseksual cütlüyün yer aldığı serialda əxlaqsızlığın təbliğatı aparılır. "Scootaloo" adlı personaja lezbiyan cütlük baxır. Bununla da dünyadan xəbərsiz məsum balaların körpə beyninə heç fərqində olmadan qeyri-insani münasibətlər ötürülür. Həmçinin filmdə xeyirxahlıq mələyi olan poninin quyruq rəngləri də diqqət çəkir - LGBT-nin bayrağının rəngləri ilə eyniyyət təşkil edir.
Və ya "Leyləklər" cizgi filmi. Bu filmdə də bir neçə dəfə eynicinsli şəxslərə leylərklər övlad hədiyyə edirlər.
Yekun olaraq onu deyə bilərik ki, bütün bunlar homoseksuallığa insanların uşaq yaşlarından alışdırılmasıdır. LGBT rəngli balaca ponini sevən körpə böyüyəndə də bu rəngə münasibəti də normal olur, təpki vermir. Eynicnslilərin evliyi də adi bir hal olur, axı lazım olanda uşağı leyləklərin gətirdiyini illər öncə şüuraltı təqdim ediblər.
FaktXəbər

ABŞ-da polis növbəti dəfə qaradərilini öldürüb: İnsanlar ayağa qalxdı
12
Aprel- 21-02-2020 12:13 Dünyanın ən zəngin 10 ailəsinin adı açıqlanıb - FOTO
- 12-02-2020 16:26 ABŞ-ın ən zəngin 10 prezidenti - FOTO
- 22-11-2019 16:22 Hərbdə və mənəviyyatda generallıq
- 06-11-2019 12:30 Tarixdəki ən qorxulu 10 ORDU
- 01-11-2019 09:18 Oktyabrda bəzi banklar kredit faizlərinə yenidən baxıb - ARAŞDIRMA
- 30-10-2019 16:17 Soyqırımları tarixi: Nankin qətliamı - FOTO
- 25-10-2019 17:00 Əgər sizin də telefonunuz varsa, hökmən oxuyun...
- 23-09-2019 16:06 Bir Hindu üsyançının sındırılma tarixçəsi - ARAŞDIRMA
- 22-09-2019 21:34 ABŞ nə üçün yerin altında neft saxlayır? - ARAŞDIRMA
- 19-09-2019 16:08 Sıfırı ilk dəfə istifadə edən alim - əl-Xarəzmi
- 11-09-2019 12:59 Aşura ilə bağlı daha bir saxta VİDEO yayımlandı
- 31-08-2019 12:48 Qara çörək, yoxsa qaraldılmış çörək? - Firmalar hiyləgərlik edir
- 23-08-2019 17:02 Uşağı leylək gətirir, LGBT rəngi isə qayğıkeşlik rəmzidir
- 23-08-2019 11:33 Tələbələr Bakıda kirayə ev tapmırlar - ARAŞDIRMA
- 22-08-2019 16:26 Gənclər arasında populyarlaşan TikTok-un pərdəarxası
- 22-08-2019 12:50 Moskva avqustun əvvəlində baş verən nüvə partlayışını gizlədir-VİDEO
- 31-07-2019 12:20 Cahangir Hacıyevin cinayət şəbəkəsi haqda sensasion araşdırma
- 03-07-2019 14:54 Marketlərdə ərzaq qiymətlərində son vəziyyət - ARAŞDIRMA
- 01-07-2019 10:12 İçməli suya dair bilmədiklərimiz - VİDEO
- 20-06-2019 16:01 3 əsr haqqı tapdanan həkim - İbn əl-Nəfis
- 19-06-2019 19:38 Çimərliklərdə istirahət neçəyə başa gəlir? - ARAŞDIRMA
- 18-06-2019 15:03 Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI
- 10-06-2019 11:43 İlk xərçəng əməliyyatını həyata keçirən alim - Əli ibn Abbas əl-Əhvazi
- 03-06-2019 17:33 Tarixdə ilk katarakt əməliyyatını edən müsəlman alim: əl-Mousuli
- 22-05-2019 10:24 Bəzi məmurlar xidməti avtomobilsiz qalacaq