Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Avqust

2019
16:20
Gəncə hadisələrinə görə tutulanlardan biri azadlığa buraxılıb

Gəncə hadisələrinə görə tutulanlardan biri azadlığa buraxılıb.

Bu gün Bakı Apellyasiya Məhkəməsində Gəncə hadisələrində təqsirləndirilən bir qrup şəxsin - Aydın Rüstəmov, Elvin Əliyev, İsa Məhərrəmzadə və digərlərinin şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib.

Məhkəmənin qərarı ilə təqsirləndirilənlərdən Elvin Əliyev azadlığa buraxılıb.

Bundan başqa təqsirləndirilənlərdən Yavər İsmayılzadənin cəzası 5 ilə, Aydın Rüstəmov, İsa Məhərrəmzadə, Alim Yusifovun cəzaları isə 2 ilə endirilib.  

Qeyd edək ki, rəsmi məlumata əsasən, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılır.

Gəncə hadisələri ilə bağlı, təxminən, 80 nəfər cinayət məsuliyyətinə cəlb olunub, barələrində axtarış elan edilənlər də var. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Y. İsmayılzadə 9 il, A. Rüstəmov 8 il, Elvin Əliyev 6 il müddətinə azadlıqdan məhrum ediliblər.(apa)

Məqalədə : Gəncə hadisələri 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda inflyasiya göstəriciləri açıqlanıb

12

Dekabr
13:08
İQTİSADİYYAT
337

Sabahın hava proqnozu açıqlanıb

12

Dekabr
12:35
ÖLKƏ
267

Əfqanıstanda qızıl mədəni çöküb

12

Dekabr
11:40
DÜNYA
236

Yunis Səfərovun məhkəməsinin vaxtı məlum olub

12

Dekabr
10:46
HÜQUQ,HADİSƏ
249
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2019 16:10



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru