Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Avqust

2019
15:24
1195
Fransada cərrah narkoz altında 250 uşağa təcavüz edib

Fransanın Şaranta departamentinin Jonzak kommunasında yaşayan cərrah Joel Le Skuarnek 30 illik fəaliyyəti dövründə yüzlərlə uşağı zorlamaqda ittiham olunur. FaktXeber.com-un The Times-ə istinadla verdiyi məlumata görə, 66 yaşlı həkim 1990-cı ildən başlayaraq  250 oğlan və qız uşağını təcavüzdə təqsirləndirilir. Onun bu hərəkətləri uşaqlar əsasən narkoz altında olarkən etdiyi bildirilir.

Qeyd edilir ki, hələ 2005-ci ildə o, uşaq pornoqrafiyası saxlamaq ittihamı ilə mühakimə olunub, lakin sonradan ona işini davam etdirməsinə izn verilib. 

2017-ci ildə həkim  4 və 6 yaşlarında iki qız uşağının təcavüzü ilə əlaqədar saxlanılıb. O,  təcavüz faktını inkar etsə də, zərərçəkənlərə qarşı bəzi yaramaz hərəkətlərini etiraf edib. 6 yaşlı pasientin valideynlərinə həkimin ona etdikləri barədə danışmasından sonra cərraha qarşı cinayət işi qaldırılıb.

Həkimin evində axtarış aparılıb və uşaqlar üzərində apardığı yaramaz hərəkətlərinin detallarının təsvir olunduğu çoxlu gündəliklər tapılıb. Gündəliklərdə 200-dən artıq qurbanın adı çəkilib.

Şübhəlinin vəkili isə yazılanların qorxunc olmasına baxmayaraq, əksəriyyətinin sadəcə müvəkkilinin fantaziyası olduğunu deyib.

Məqalədə : təcavüz pedofil 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİN: Ötən gün 3 yol qəzası olub, 3 nəfər ölüb

17

Sentyabr
10:23
HÜQUQ,HADİSƏ
65

Körpüdə dayanmağın faciəvi sonluğu - VİDEO

17

Sentyabr
10:18
HÜQUQ,HADİSƏ
62

Çempionlar Liqası başlayır

17

Sentyabr
10:00
İDMAN
89

Avtomonil qəzası 500 abonenti qasız qoyub

17

Sentyabr
09:41
HÜQUQ,HADİSƏ
77

Azərbaycan nefti kəskin bahalaşdı

17

Sentyabr
09:34
İQTİSADİYYAT
97

"Fənərbaxça" məğlub oldu - VİDEO

17

Sentyabr
09:30
İDMAN
119

Xarici valyutaların manata qarşı məzənnələri

17

Sentyabr
09:21
İQTİSADİYYAT
69

Neft yenidən ucuzlaşıb

17

Sentyabr
09:13
İQTİSADİYYAT
77
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2019 10:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru