Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Avqust

2019
14:44
Putin ABŞ-ın qanadlı raket sınağına cavab verməyi tapşırdı

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın qanadlı raketin yeni modifikasiyasını sınaması ilə əlaqədar təhdid səviyyəsini təhlil etməyi və simmetrik bir cavab hazırlaması üçün tədbirlər görməyi tapşırıb. FaktXeber.com-un məlumatına görə,  Kremlin mətbuat xidmətindən xəbr verilib.

Bildirilir ki, prezident bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşdə söyləyib.

"Eyni zamanda, yeni şəraiti nəzərə alaraq Müdafiə Nazirliyinə, Xarici İşlər Nazirliyinə və digər aidiyyəti idarələrə Amerika Birləşmiş Ştatlarının ölkəmiz üçün qeyd edilən fəaliyyətin təhdid səviyyəsini təhlil etməyi və simmetrik cavab hazırlamaq üçün hərtərəfli tədbirlər görməyi tapşırıram", - deyə Rusiya rəhbəri vurğulayıb. 

Bunun yanında Putinin sözlərinə görə, Rusiya yenə də etimadı bərpa etmək və beynəlxalq təhlükəsizliyi gücləndirmək üçün ABŞ-la bərabərhüquqlu və konstruktiv dialoqa açıqdır.

Xatırladaq ki, avqustun 18-də ABŞ Müdafiə Nazirliyi 500 kilometrdən uzaq mənzilli raketlərin sınağını həyata keçirmişdi.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda inflyasiya göstəriciləri açıqlanıb

12

Dekabr
13:08
İQTİSADİYYAT
337

Sabahın hava proqnozu açıqlanıb

12

Dekabr
12:35
ÖLKƏ
267

Əfqanıstanda qızıl mədəni çöküb

12

Dekabr
11:40
DÜNYA
236

Yunis Səfərovun məhkəməsinin vaxtı məlum olub

12

Dekabr
10:46
HÜQUQ,HADİSƏ
249
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2019 16:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru