Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Avqust

2019
10:39
Rusiyanın cənubunda ölümcül xəstəliklər yayılıb

Elm adamları Rusiyanın cənubunda yerləşən Krasnodar vilayətində iki növ ağcaqanadın "Dengue", "Chikungunya", "Zika" və "sarı qızdırma" xəstəliklərini yaydığını açıqlayıb.

FaktXəbər-in məlumatına görə, bu barədə "İzvestiya" qəzeti xəbər verib.

Martsinovski İnstitutunun Molekulyar Biologiya və Biokimya Laboratoriyasının aparıcı elmi işçisi Aleksandr Lukaşev bu ağcaqanad növlərinin qlobal istiləşmə səbəbindən Misirdən və Cənub-Şərqi Asiyadan Rusiyaya köçdüyünü söyləyib.

Onun sözlərinə görə, bu, qlobal problemdir. O qeyd edib ki, "şimalda görünməməli olan tropik xəstəliklərin daşıyıcıları uyğun temperatur şəraiti olan ərazilərə köç edirlər."

Lukaşev Avropada da oxşar mənzərənin müşahidə olunduğunu vurğulayıb.

“Alimlərin fikrincə, 2050-ci ilə qədər bu ağcaqanadlar hətta İsveçdə də yayılacaq. Ölkəmizin cənubda çoxaldılar və indi Mərkəzi Rusiyaya köçürlər", - Lukaşev deyib.

Avqustun 19-da "Rosselxoznadzor"un Vnukovo hava limanında İngiltərədən gətirilən 20 milyondan çox həşəratı saxladığı məlum olub.

Daha əvvəl "Rospotrebnadzor" son bir neçə ildə Rusiyada sayı iki dəfə artan tropik böcəklərin yayılmasının qarşısını almaq üçün həyata keçirilməli olan profilaktik və sanitariya standartlarından danışıb. Mənzildə təmir işləri, o cümlədən tavanların ağardılması, divarların divar kağızlarının vurulması, döşəmələrdəki çatların bağlanması kimi işlərin vacib olduğu qeyd açıqlamışdı.

Evə qayıtdıqdan sonra paltarları camaşırxanaya və ya quru təmizliyə verilməsinin vacibliyi vurğulanmışdı.

Məqalədə : ağcaqanad 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dekabrın 9-na manatın məzənnəsi

06

Dekabr
17:24
İQTİSADİYYAT
234

Bakıda hüquqşünas döyülüb

06

Dekabr
16:23
HÜQUQ,HADİSƏ
366

"Nokia 2.3" smartfonu təqdim olunub

06

Dekabr
15:55
MARAQLIDIR
295

Vəhşi təbiətdən təbəssüm yaradan FOTOLAR

06

Dekabr
13:12
MARAQLIDIR
584
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-12-2019 04:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru