Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Avqust

2019
16:26
3053
Gənclər arasında populyarlaşan TikTok-un pərdəarxası

2019-cu ilin iyul ayına olan statistikaya görə, 7.7 milyard nəfər əhalisi olan dünyanın 5.1 milyardı mobil telefondan istifadə edir. Bu onu göstərir ki, mobil telefon artıq hər kəsin həyatının bir parçasına çevrilib və əksər insanlar gün ərzində böyük işlərinin bir hissəsini bu kiçik cihazla həll edir, ya da boş vaxtını yüklədiyi proqramlarla keçirir. İlk əvvəllər sadəcə Facebbok var idisə, bu gün sosial media tətbiqlərinin sayı onlarladır. İnternetə çıxışı olan 4.3 milyard insanın 3.5 milyardı sosial şəbəkələrdən aktiv istifadə edir. Onların da 3.4 milyardı sosial şəbəkələrə mobil telefonla çıxr. Əvvəllər insanlar mobil operatorlara külli miqdarda pul ödəyərək ünsiyyət saxlasalar da, bu gün çox cüzi pul qarşılığında 1 ay sosial şəbəkələrdə gəzişir, danışır, yazışır, gündəlik xəbərlərdən məlumatlı olurlar. İlk günlər mobil operatorlar soisal medianın təqdim etdiyi ünsiyyət vasitəsinin onların bazarına təsir etməyəcəyini, onların daha keyfiyyətli rabitə əlaqəsi təqdim etdiyini söyləsələr də, bu gün reallıq əksini sübut edir. İnsanlar saatlarla Whatsapp, Facebook, Skype, İnstagram kimi sosial media alətləri vasitəsi ilə video bağlantı qururlar. Amma inkişaf edən dünya bu əlaqə vasitələrinin də inkişafını zəruri edir və hər gün yeni tətbiqlər təqdim olunur. Sonuncu belə tətbiq isə TikTok-dur. FaktXəbər olaraq bu barədə bir qədər araşdırma aparmaq qərarına gəldik. 

İstifadəçinin fərqli xüsusiyyətləri ilə 15 saniyəlik video çəkmə və paylaşma imkanı verən TikTok tətbiqinin məşhurluğu və istifadəçi sayı getdikcə artır. Ötən il 250 milyon istifadəçi sayını bu il 500 milyona çatdıraraq diqqət mərkəzinə düşən tətbiq Azərbaycanda da son zamanlar populyarlaşmağa başlayıb. 

Hazırlanan videoların keyfiyyəti ilk günlər müzakirə mövzusu olsa da, qısa müddətdə əldə edilən nailiyyət sosial medianın gəldiyi nöqtəni göstərməsi baxımından önəmlidir.

Didər sosial media şəbəkələri ilə qarşılaşdırıldıqda istifadəçi cəhətdən ən gənc platforma TikTok-dur. İstifadəçilərinin təxminən 66 faizi 30 yaşdan aşağı, 41 faizi isə 16-24 yaş arası gənclərdən ibarətdir. İstifadəçilərin 56 faizi kişilər, 44 faizi isə qadınlardır. Hər bir istifadəçi isə günün ən azı 52 dəqiqəsini bu tətbiqdə keçirir. Tətbiq 75 dildə yayımlanır. TikTok ayda 1.4 milyon gəlir əldə edir ki, bu gəlirin 42 faizi ABŞ-dandır. Təkcə 2019-cu ilin ilk rübündə TikTokun qazancı 600 milyon dollar olub.

Diqqət etsək görərik ki, son illərdə sürətlə yayılmağa başlayan qısa video paylaşım tətbiqi bir "bəyən" üçün insanların haralara qədər gəldiyini ortaya qoyur. 

Yaxşı məqsədlər üçün istifadəni təbii ki, alqışlayırıq. Ancaq müşahidə edilən və qarşısı alınmayan bütün bayağılıqların gözəlliyi kölgədə qoyduğu həqiqətini görməzliyə vura bilmərik. Azərbaycandan olan sosial şəbəkə istifadəçilərindən biri, "TikTok əslində yaxşı proqramdır. Ən azından kimin axmaq olduğunu öyrənmiş oluruq", - deyə yazır.

Yoldaşını boşayan da var, intihar edən də

Hər hansı bir məzmun məhdudiyyəti olmayan və nəzarətsiz istifadə olunan TikTok tətbiqi bir çox sosial problemləri də özü ilə birlikdə gətirir. Xüsusi ilə sosial reklamlar vasitəsi ilə hər kəsə çatan tətbiq uşaq istismarına da səbəb olur. Cinsi məzmunlu şərhlər və görüntülər "əyləncə" adı altında milyonlarla insana çatdırılır. Dünya miqyasında ailələr tərəfindən böyük etiraza səbəb olan tətbiqə görə yoldaşını boşayanlar da var, intihar edən də, hətta maraqlı çəkiliş etsin deyə məsuliyyətsizlik edərək həyatını itirən də. Uzağa getməyək, iyun ayının əvvəlində Bakı bulvarında suya tullanmasını videoya çəkərək TikTok-a yerləşdirmək istəyən 22 yaşlı gənc öldü. Bundan əlavə, öncədən də qeyd etdiyimiz kimi, bir "bəyən" üçün insanlar abırsızlıq kimi qəbul edilən hərəkətləri özlərinə rəva bilirlər, min hoqqadan çıxırlar. Hindistanda isə 24 yaşlı 2 uşaq anası olan qadın əri TikTok-a girməyi qadağan etdiyi üçün həşərat zəhəri içərək intihar etmişdi. Əxlaqı normaları ayaq alta atdığı üçün isə Türkiyədə TikTok əleyhinə haştaq yaradılıb.

Hər yerdə qarşımıza çıxır

TikTok artıq elə bir səviyyəyə çatıb ki, tətbiqdə yer alan videoları izləmək üçün TikTok-u yükləməyə ehtiyac yoxdur. Digər sosial medialarda da paylaşılan TikTok videoları yenə eyni şəkildə minlərlə izlənmə sayı toplayır. Tətbiqdən xəbəri olmayan şəxslər belə, müəyyən formada TikTok videosunu izləmiş olur. Bu da platformada nə qədər çox məzmun istehsal edildiyini göstərir.

TikTok haqqında maraqlı məlumatlar

Şirkətlər mobil dünyaya yaxın olan insanların dünyasını daha yaxından tanımaq üçün TikTok tətbiqini izləyir. GACKT ve "Yukina Kinoshita" kimi Yaponiya şirkətlərinin hesab açması və televiziya proqramlarında paylaşılan videoların müzakirə edilməsi tətbiqin populyarlığını artırıb.

"Burger King" kimi məşhur markalar məhsullarının reklamı üçün son zamanlar davamlı şəkildə TikToka müraciət edir.

Aparılan araşdırmalara görə, şirkətlər insanlara çatmaq məsələsində TikTok-un İnstagramdan daha təsirli olduğunu bildirirlər.

Hazırda bu proqramdan ən çox istifadə edən ölkə Hindistandır - 119.3 milyon nəfər. Sonrakı yeri 39.6 milyon nəfərlə ABŞ tutur. İlk üçlüyü 28.4 milyon nəfərlə Türkiyə tamamlayır. İlk onluqda növbəti yerlər bu cürdür:

- Rusiya - 24.3 milyon

- Meksika - 19.7 milyon

- Braziliya - 18.4 milyon

- Pakistan - 11.8 milyon

- Səudiyyə ərəbistanı - 9.7 milyon

- Fransa - 9.1 milyon

- Almaniya 8.8 milyon.

FaktXəbər

Məqalədə : TikTok 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı küləyi ağacı avtomobilin üzərinə aşırdı

19

Sentyabr
16:26
HÜQUQ,HADİSƏ
16

Sıfırı ilk dəfə istifadə edən alim - əl-Xarəzmi

19

Sentyabr
16:08
BÖLMƏNİ DÜZ SEÇ!
113

Müəllimlərin bilikləri sınaqdan keçiriləcək

19

Sentyabr
15:29
ELM / TƏHSİL
78

Tramp: Evsizlər imicimizə zərər vurur

19

Sentyabr
15:10
DÜNYA
65

DİN: Ötən gün yol qəzalarında 2 nəfər ölüb

19

Sentyabr
14:22
HÜQUQ,HADİSƏ
112

Hüseyn Abdullayevə 8 il cəza istənildi

19

Sentyabr
14:08
HÜQUQ,HADİSƏ
203

Sabahın hava proqnozu açıqlanıb

19

Sentyabr
13:20
ÖLKƏ
93

Naxçıvanda məktəblər birnövbəli rejimə keçib

19

Sentyabr
12:50
ELM / TƏHSİL
93

Azərbaycanda yük daşımaları artıb

19

Sentyabr
11:54
İQTİSADİYYAT
121
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2019 16:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru