Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Avqust

2019
15:18
Bərdədə top mərmisi tapılıb - FOTO

Bərdə rayonunda top mərmisi tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) FaktXəbər-ə verilən məlumata görə, bu gün saat 11:30-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 11:56-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Bərdə şəhəri, H.Əliyev prospekti 111 ünvanında mərminin tapılması barədə məlumatlar daxil olub.

"Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Bərdə rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə söküntü işləri aparılan sahəyə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 37 mm-lik top mərmisi (OR-167N) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb" - agentlikdən verilən məlumatda bildirilir.

Məqalədə : top mərmisi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda məktəbli qızı maşın vuraraq öldürüb

18

Yanvar
14:09
HÜQUQ,HADİSƏ
412

Azərbaycan nefti ucuzlaşdı

18

Yanvar
12:23
İQTİSADİYYAT
455

Ötən günün yol qəzaları: 4 ölü, 4 yaralı

18

Yanvar
11:40
HÜQUQ,HADİSƏ
445

Ceyhun Bayramovdan yeni təyinat

18

Yanvar
11:29
ELM / TƏHSİL
65842

ABŞ etiraf etdi: Bacarmırıq

18

Yanvar
10:43
DÜNYA
768

Mikroavtobus süpürgəçini vuraraq öldürdü

18

Yanvar
09:55
HÜQUQ,HADİSƏ
579
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-01-2020 00:07



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru