Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Avqust

2019
15:01
1017
Bakıda anasının zəncirlədiyi uşağı kimsəsizlər evinə verdilər

Bakının Nəsimi rayonu Cavadxan küçəsi-56  ünvanındakı mənzildə kirayə yaşayan ananın nadinc hərəkətlər etdiyinə görə övladını ayağından zəncirlə bağlaması cəmiyyətdə rezonans doğurub.

Faktla əlaqədar Bakı şəhər prokurorluğunda 2010-cu il təvəllüdlü uşağın anası İsmayılova Şəhanə Məhərrəm qızı barəsində Cinayət Məcəlləsinin 145.2.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Məsələyə Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə də münasibət bildirib. O, Modern.az-a açıqlamasında bunları deyib:

“Bu kimi hallar uşaqlara qarşı bir cinayətdir. İstər fiziki, istərsə də əqli qüsuru olan uşağa bu cür davranmaq, onu harasa zəncirləyərək sakitləşdirmək insanlığa yaraşmır. Mən həmin şəxsləri valideyn adlandırmıram, heyvan da balasını nələrdənsə qoruyur ki, birdən ona nəsə olar. Şüurlu bir insan bunu edirsə, sözün bitdiyi andır”.

Birlik sədrinin sözlərinə görə, artıq zəncirlənən uşaq Ömər Həsənli hüquq-mühafizə orqanlarının qərarına əsasən, uşaq müəssəsinə yerləşdirilib:

“Düşünürəm ki,  yerləşdirilmə ilə bağlı böyük  yalnışlığa yol verilib. Ona görə ki,  bu tip uşaqlar müəyyən  travma alır, onu da aparıb böyük bir kollektivə yerləşdirilər. Heç bir reablitasiya işi aparılmadan birbaşa uşaq müəssəsinə yerləşdirilməsi özü bir yalnışlıqdır. Ola bilsin ki, o uşağın səhhətində hansısa bir problem var. Görmüş olduğu şiddətdən uşaqda müəyyən bir aqressiya yaranır. Valideyn belə bir bəhanə gətirib ki, qoyacaq yer yox idi, həm də  çətin uşaq idi. Bu nə dərəcədə doğrudur?  Məgər hər çətin uşağı tərbiyələndirmək olmur? Düşünürəm ki,  bu kimi addımlar atan valideynlərə dövlət özü bir cəza tətbiq etsə, daha yaxşı olardı.  Ağılları başlarına gələr ki, uşaqla uşaq kimi davranmaq lazımdır. Əgər qoyacaq yeri yox idisə, qeydiyyatı üzrə  İcra hakimiyyətinə müraciət etməli idi. Heç  o, bunu da etməyib, çıxış yolunu isə uşağı zəncirləməkdə görüb. Uşağın aldığı travma ölənədək onun yadından çıxmayacaq. Nəticədə belə travma alan uşaq gələcəkdə də kimlərinsə üzərində bu cəzanı tətbiq edəcək”.

Kəmalə Ağazadə Azərbaycan Uşaqları İctimai Birliyinin yaratdığı sığınacağın vəziyyətindən də danışıb:

“Bizim sığınacaqda  hazırda 30-a yaxın uşaq, 5 nəfər də valideyn yaşayır. Hətta bir qadın da var ki, təkdir deyə bizim sığınacağa yerləşdirilib. Bilirsiniz ki, sığınacaqların vəziyyəti o qədər də ürəkaçan deyil. Yer baxımından imkan da yoxdur. Hazırda uşaqlardan 13-ü 1 saylı sometik sanatoriyada müalicə alır, digərləri isə yanımızdadır. Bir məqamı da bildirim ki, sığınacağa yerləşdirilən uşaqların əksəriyyəti zorakılığa məruz qalmış uşaqlardır. Biz o uşaqlarla reablitasiya aparırıq. Bitdikdən sonra ya ailəsinə təhvil veririk, ya da uşaq müəssələrinə göndəririk. Artıq reablitasiyası başa çatmış, cəmiyyət üçün zərər verməyəcək  uşaqlar  müəssəyə yerləşdirilir”.

Məqalədə : zəncirlənən uşaq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda tullantılar çeşidlənəcək

21

Sentyabr
14:36
DÜNYA
826

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
975

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
793

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
817

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
387

Axtarışda olan 24 nəfər saxlanılıb

21

Sentyabr
10:19
HÜQUQ,HADİSƏ
790

Dünya bazarlarında neft ucuzlaşıb

21

Sentyabr
10:13
İQTİSADİYYAT
807

Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

20

Sentyabr
16:35
HÜQUQ,HADİSƏ
722
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2019 16:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru