Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Avqust

2019
10:50
1567
Metropoliten tikintisi `Sovetski` sakinlərini narahat edir - FOTO

Sakinlər bildirirlər ki, söküntünün qarşılığında başqa yerdə ev ala biləcəkləri miqdarda kompensasiya istəyirlər...

Bakının illərdir söküntü dalğasının səngimədiyi “Sovetski” məhəlləsində yenidən evlər söküləcək. Bu dəfə yaşayış obyektlərinin sökülməsinin səbəbi “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətidir. Belə ki, ötən həftə məlumat yayıldı ki,  Nazirlər Kabineti “Qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə dartıazaldıcı yarımstansiyanın tikintisi ilə bağlı torpaq sahəsindən istifadə hüququnu və həmin torpaq üzərində yerləşən yaşayış obyektlərini dövlət ehtiyacları üçün alan orqanın müəyyən edilməsi barədə” qərar verib.

Qərara əsasən, qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 430-cu məhəllə ərazisində dartıazaldıcı yarımstansiyanın tikintisi ilə əlaqədar 0,0606 hektar torpaq sahəsindən istifadə hüququnu və həmin torpaq üzərində yerləşən vətəndaşlara məxsus yaşayış obyektlərini dövlət ehtiyacları üçün alan orqan “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti müəyyən edilib.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti göstərilən torpaq sahəsinin və üzərindəki tikililərin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq həyata keçirməli və bu barədə Nazirlər Kabinetinə təkliflər təqdim etməlidir. Bu qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinə həvalə edilib.

“Metronun ”Nizami" stansiyasının ətrafına yerləşən köhnə tikililərin fasadı yeniləndi, təmir işləri görüldü. Küçəyə baxan binaların hamısının fasad örtüyü təzələndi. İndi də burada söküntü işlərinin aparılacağı xəbəri yayılıb. Onsuz da ərazidə 2014-cü ildə söküntü işi görülür. Yay aylarında toz-dumanın əlindən evdə pəncərəni aça bilmirik. Pəncərəni bir az açıq qoyanda baxırsan ki, qənd qabındakı ağ qənd qapqara olub. İçəri dərhal toz vurur. Pəncərəni də qapadanda havasızlıqdan əziyyət çəkirik. Ona görə də köçürüləcəyimiz günü gözləyirik. Ancaq hələ ki bu barədə konkret söz deyilmir. Köçürülən ailələrdən razı və narazı qalanlar çox olub. Ümid edirik ki, bizə heç olmasa ayrı yerdə ev ala biləcəyimiz məbləğdə kompensasiya veriləcək. Mən maraqlanıram ki, son zamanlar həm torpaq, həm ev, həm də tikinti materialları bahalaşıb. Gərək ki, kompensasiya veriləndə bu kimi məsələlər nəzərə alınsın".

Digər sakin Firudin söylədi ki, bu ərazilərdə metro ilə bağlı qazıntı işləri çox aparılıb:

“Murtuza Muxtarov küçəsində metronun havalandırma yeri də var. Mən özüm də metroda çalışmışam və məlumatım var ki, bu yerlərdə nə qədər dərin qazıntı işləri aparılıb. Sovet dövründə burada sığınacaq da tikmişdilər. Ancaq qazılan yerləri su basdı. Metronun ”Nizami" stansiyası açılan zaman su axını gəlmişdi. Suyun qabağını almaq olmurdu. Sonradan öyrəndilər ki, həmin su axını “Böyük şor” gölündən gəlir və qarşısını aldılar. Yəni bura göründüyü qədər sadə yer deyil. Ona görə də, görünür, metro üçün hansısa tikintilər aparılacaq və torpağa ehtiyac var. Əgər belədirsə, camaata normal kompensasiya verilsin. Yaxşı kompensasiya verilərsə, camaat narazılıq etməz. Bura nə qədər tozlu olsa da, alışmışıq, öyrəşmişik. Ona görə də şəxsən mən bu əraziləri tərk etmək istəmirəm".

Murtuza Muxtarov küçəsində hazırda hansısa söküntü işlərinin aparıldığının şahidi olmadıq. Ərazidə köhnə evlər, mağazalar və digər bu kimi obyektlər yerləşir.

Məlumat verək ki, “Sovetski”  ərazisindən köçürmənin birinci mərhələsi 2017-ci ilin avqustunda başa çatıb. Bu prosesdə 4 min 300 ailə ərazidən çıxarılıb. Həmin ərəfədə bir neçə sakin etiraz etsə də sonda onlar da verilən 1500 manat kompensasiya ilə razılaşıb, evlərini tərk ediblər. Hazırda həmin sakinlər Bakının müxtəlif yerlərində məskunlaşıblar. Həmin köhnə evlərin yerində isə park salınıb.

2018-ci ildə “Sovetski”də söküntünün ikinci dalğası başlayıb. Ümumilikdə isə məlumata görə, bu günə qədər 26 hektardan çox sahəni əhatə edən ərazidə 5 mindən çox yaşayış və qeyri-yaşayış obyektləri dövlət ehtiyacları üçün sakinlərlə əldə edilmiş razılığa əsasən satın alınıb. “Sovetski”də birinci mərhələdə 40 hektar ərazi boşaldılıb. 6 hektar ərazidə 7,1 kilometr uzunluğunda asfalt-beton örtüyünün sahəsi 87,6 min kvadratmetr təşkil edən Nəriman Nərimanov, Abdulla Şaiq, Balababa Məcidov, Mirzağa Əliyev və Füzuli küçələrinin yenidən qurulması başa çatdırılıb. Sökülən evlərə görə sakinlərə hər kvadrata 1500 manat olmaqla kompensasiya ödənilib.

Hazırda “Sovetski” ərazisi hündür binaların əhatəsində qalıb. Ortada qalan evlərin isə prosesin 4-cü mərhələsində sökülməsi planlaşdırılır.(musavat.com)

Məqalədə : Sovetski 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİN: Ötən gün 3 yol qəzası olub, 3 nəfər ölüb

17

Sentyabr
10:23
HÜQUQ,HADİSƏ
64

Körpüdə dayanmağın faciəvi sonluğu - VİDEO

17

Sentyabr
10:18
HÜQUQ,HADİSƏ
58

Çempionlar Liqası başlayır

17

Sentyabr
10:00
İDMAN
87

Avtomonil qəzası 500 abonenti qasız qoyub

17

Sentyabr
09:41
HÜQUQ,HADİSƏ
76

Azərbaycan nefti kəskin bahalaşdı

17

Sentyabr
09:34
İQTİSADİYYAT
94

"Fənərbaxça" məğlub oldu - VİDEO

17

Sentyabr
09:30
İDMAN
117

Xarici valyutaların manata qarşı məzənnələri

17

Sentyabr
09:21
İQTİSADİYYAT
67

Neft yenidən ucuzlaşıb

17

Sentyabr
09:13
İQTİSADİYYAT
76
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2019 10:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru