Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Avqust

2019
10:21
Ərdoğan Putinlə İdlibdə türk konvoyuna hücumu müzakirə edəcək

Türkiyə prezidentin Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefonda İdlibdə 9 saylı müşahidə məntəqəsində türk hərbi konvoyuna  hücumu müzakirə edəcək. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Türkiyə liderinin  mətbuat xidmətinin rəhbəri  İbrahim Kalın brifinqdə deyib. 

Xatırladaq ki, Suriya və Rusiya Hava Qüvvələrinin zərbələrinin müşayiətilə ordu İdlibin cənubunnda Xan-Şeyxun şəhərinin qərb məhəllələrinə daxil olub. Şimaldan Hələblə İdlibin cənubunu birləşdirən magitral yol Xan-Şeyxundan keçir. Bu yola nəzarət edən qüvvə bölgədə siyasi və hərbi güc sahibi ola bilər. Ona görə də Türkiyə Suriya ordusunun Xan-Şeyxunu tutmasına mane olmağa çalışır. Terrorçulara qarşı mübarizədə rəsmi Ankaranın mövqeyi Rusiya və İranla üst-üstə düşsə də, Türkiyə hökuməti İdlib vilayətinin Əsəd hökumətinin tabeliyinə keçməsinə etiraz edir. Bu səbəbdən Suriyanın şimalındakı Sarakib şəhərinə daxil olan Türkiyə ordusunun zirehli texnikası bundan sonra Xan-Şeyhun şəhəri istiqamətində irəliləyib.

Suriyanın Xarici İşlər Nazirliyi bu addımı ölkənin milli suverenliyinə xəyanət adlandırıb:  "Silah-sursat daşıyan Türkiyə hərbi maşınları sərhədi keçərək, Xaş-Şeyxunda daxil olurlar. Türkiyənin bu addımı atmaqdan məqsədi ən-Nusra Cəbhəsi terror təşkilatını xilas etməkdir… Suriya XİN Türkiyənin bu addımını kəskin pisləyir, bu təcavüzdən irəli gələcək mənfi nəticələrlə bağlı xəbərdarlıq edir. Türkiyənin məğlub olmuş ən-Nusraya yardımı ölkənin suverenliyini və ərazibütövlüyünə təcavüzünü və onun İdlibdə terroru dəstəklədiyini göstərir."

Bundan sonra Suriyanın hərbi hava qüvvələri İdlib vilayətində Türkiyənin hərbi konvoyuna zərbə endirib. Türkiyə Müdafiə Nazirliyi hücum nəticəsində 3 nəfərin öldüyü, 12 nəfərin isə yaralandığını açıqlayıb.

Suriya Ərəb Respublikasının ordusu hazırda Xan Şeyxun uğrunda döyüşlər aparır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda inflyasiya göstəriciləri açıqlanıb

12

Dekabr
13:08
İQTİSADİYYAT
337

Sabahın hava proqnozu açıqlanıb

12

Dekabr
12:35
ÖLKƏ
267

Əfqanıstanda qızıl mədəni çöküb

12

Dekabr
11:40
DÜNYA
236

Yunis Səfərovun məhkəməsinin vaxtı məlum olub

12

Dekabr
10:46
HÜQUQ,HADİSƏ
249
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2019 16:07



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru