Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Avqust

2019
14:45
İran İraqa Suriya limanına qədər neft kəməri layihəsi təklif edib

İran hakimiyyəti, Hörmüz boğazında artan təhdidlər fonunda, İraqdan Suriyanın Banias limanına keçən neft boru kəmərinin istismarını bərpa etmək üçün bir layihə təklif edib, ancaq rəsmi Bağdad bu təklifə hələ cavab verməyib. FaktXeber.com-un məlumatına görə, bu barədə  Əl-Sumariya məlumatlı mənbəyə istinadla xəbər verib.

"Tehran İraq ərazisindən keçən və Aralıq dənizində Suriyanın Banas limanında bitən boru kəməri ilə neft ixracı layihəsi mövzusunu yenidən gündəmə gətirib. Beləliklə, ABŞ-ın sanksiyalarından yayınmaq və Hörmüz Boğazını cəlb etməmək mümkün olacaq, çünki ABŞ və müttəfiqləri arasında İrana qarşı hərbi qarşıdurma vəziyyətində onun bağlanması təhlükəsi var", - deyə mənbə kanala bildirib.

Onun sözlərinə görə, bu layihə əvvəlki illərdə İran tərəfindən təklif edilmişdi, lakin 2014-cü ildə Suriya və İraq ərazilərinin İŞİD yaraqlıları tərəfindən ələ keçirilməsi ilə əlaqədar proses dayandırılmışdı.

Mənbə qeyd edib ki, layihə ilə əlaqədar iki variant təklif olunur: ya uzunluğu 1000 kilometr olan və yarısı İraqdan keçəcək yeni neft boru kəmərinin inşası, ya da 1982-ci ildən bəri fəaliyyət göstərməyən Kərkük-Banyas boru kəmərinin İranın hesabına təmir edilməsi. Bu boru kəməri ilə gündə 1,25 milyon barelə qədər neft ötürülə bilər.

Bildirilir ki, İraq hakimiyyəti hələ İranın təklifinə cavab verməyib.

İraq parlamentində adının açıqlanmasını istəməyən bir deputat isə öz növbəsində qeyd edib ki, bu layihə Suriyaya və hətta Livana nəinki neft, həmçinin qaz tədarükünə imkan verəcək ki, bu da kəskin elektrik qıtlığı problemini həll edə bilər.

Məqalədə : neft kəməri 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43910

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
42195

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43857

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
43294

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48833

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
43236

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43661
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-10-2020 12:23





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru