Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Avqust

2019
09:30
ABŞ əvvəllər qadağan edilmiş raketlərin müxtəlif növlərinin yaradılması üzərində işləyir

Birləşmiş Ştatlar əvvəllər Rusiya və Amerika arasında bağlanmış Orta və Qısa mənzilli Raketlərin Ləğvi haqqında Müqavilə ilə qadağan edilmiş müxtəlif növ raketlərin hazırlanma ehtimalını araşdırır. 

FaktXəbər-in məlumatına görə, bu barədə çərşənbə axşamı Vaşinqtonda yerləşən Demokratiya Müdafiə Fondunda çıxış edən ABŞ Ordusu katibinin səlahiyyətlərini icra edən Rayan Makkarti danışıb.

"Müqaviləsi çərçivəsindəki raketlərin uçuş məsafəsinə gəlincə, biz artıq müqavilənin tərəfdaşı deyilik və hər şeydən əvvəl mövcud vəziyyətdən necə yararlana biləcəyimizə - raketlərin dəqiq vurma məsələsinə baxırıq. Şübhəsiz ki, söhbət hipersonik silahlardan gedir. Hipersonik silahlara ballistik başlıq quraşdırılması artıq müqavilə çərçivəsində deyil. Bütün bu imkanları nəzərdən keçiririk", - Rayan Makkarti deyib.

Ancaq o, müqavilə ilə əvvəllər qadağan edilmiş raketlərin yerləşdirilməsi ilə bağlı mümkün olan planlar barədə sualı cavablandırmaqdan imtina edib.

Məqalədə : Rusiya ABŞ raket sınağı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dekabrın 11-nə manatın məzənnəsi

10

Dekabr
17:19
İQTİSADİYYAT
222

Ərdoğan: Avropada lider yoxdur

10

Dekabr
16:43
DÜNYA
720

Nobel Sülh Mükafatı təqdim edilib

10

Dekabr
16:41
DÜNYA
279

Azərbaycanlı məşqçi "Sevilya"ya gedir

10

Dekabr
15:38
İDMAN
337

Yuri Lujkov dünyasını dəyişdi

10

Dekabr
14:33
DÜNYA
373

Sabahın hava proqnozu açıqlanıb

10

Dekabr
13:04
ÖLKƏ
359
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2019 21:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru