Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Avqust

2019
16:55
1611
`QARA PLYONKA` məsələsinə nöqtə! - FOTO

“Ötən il “Yol hərəkəti haqqında” qanunun müvafiq maddələrinə bir sıra əlavə və dəyişikliklər edilib. İlk növbədə avtomobillərin texniki baxışa təqdim edilməsi vaxtı ilə əlaqədar dəyişiklikləri nəzərə almaq lazımdır. Belə ki, minik və icazə verilən maksimum kütləsi 3,5 tona qədər olan yük avtomobilləri istehsal olunduğu vaxtdan 4 il keçdikdə-iki ildə bir dəfə; ishtehsal olunduğu vaxtdan on il keçdikdə-ildə bir dəfə texniki baxışa təqdim olunmalıdır”.

FaktXəbər-in məlumatına görə, bu barədə DİN Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumatda bildirilib.

Qeyd olunur ki, nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs barəsində tətbiq edilən inzibati cərimələri ödədikdən sonra onun təqdim etdiyi nəqliyyat vasitəsinə texniki baxış həyata keçirilə bilər. Texniki cəhətdən saz nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsi barədə elektron talon tərtib olunduğu anda dərhal Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə və “ASAN ödəniş” sisteminə elektron qaydada göndərilir.

Bununla yanaşı, “Yol hərəkəti haqqında” qanuna edilmiş müvafiq dəyişikliklərə əsasən növbəti texniki baxışın keçiriləcəyi gün müəyyən edilərkən nəzərdə tutulmuş müddətlər əvvəlki texniki baxışın keçirildiyi gündən hesablanır, nəqliyyat vasitəsinin növbəti texniki baxışının keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilməməsi İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur: “Qeyd etdiyimiz kimi, bu müddət bitdikdən sonra İnzibati Xətalar məcəlləsinin 339.1-1 maddəsinin tələblərinə əsasən texniki baxışdan keçməmiş nəqliyyat vasitələri yol hərəkətində iştirakı zamanı xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanır və inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır”.

Məlumatda o da bildirilib ki, Bаş Dövlət Yol Polis İdаrəsinin Sаbunçu rаyonu, Zabrat qəsəbəsində yerləşən müayinə mərkəzi və respublikаnın digər regional texniki baxış şöbələri nəqliyyat vasitələrini texniki baxışa təqdim etmək üçün bazar günü də daxil olmaqla saat 18:00-dək fəaliyyət göstərir.

Gələk avtomobillərdəki pərdə, jalüz və qara plyonka məsələsinə.

Qanunda və xüsusən AZS 122-2004-də açıq-aydın yazılıb ki:

“Bu Qanunun tələblərinə əsasən, işıqburaxma qabiliyyəti dövlət standartının tələblərinə uyğun olan, yalnız sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin tətbiqinə icazə verilir.

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin AZS 122-2004 saylı standartına əsasən, avtomobillərdə sürücü üçün görünüşü təmin edən şüşəsinin işıqburaxma qabiliyyəti aşağıda göstərilən hədlərdən aşağı olmamalıdır:

- Küləyə qarşı şüşələr üçün - 75 faiz

- Küləyə qarşı olmayan digər şüşələr üçün - 70 faiz”

Qanun deyir ki, “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun 1 saylı Əlavəsində sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan hər hansı formada və ölçüdə örtüklər (plyonka, pərdə) çəkilməsi nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə əsas olan nasazlıqlar kimi müəyyən edilib. Yəni hazırda qüvvədə olan qanuna əsasən, avtomobil şüşələrinin yalnız arxa görüntü şüşəsinə və alın şüşəsinin yuxarı hissəsinə şəffaf və rəngli plyonka vurulması icazəsi var. Digər şüşələr QANUNLA QADAĞANDIR!!!

İndi ortaya belə bir sual çıxır: Bəs qara plyonkalı avtomobillər necə oldu, onlar texniki baxışdan necə keçdilər?

Şəhərdəki qara şüşəli avtomobillərə baxdıqda məntiqi cəhətdən belə cavab vermək olar: ÇOX RAHATLIQLA! Yəni bu avtomobillərə texniki baxış zamanı hər hansı bir irad tutulmayıb, əgər tutulsaydı, plyonkalar sökülərdi. Sökülməyibsə, texniki baxışdan keçibsə, demək məsələ artıq bitib. Şəhərdə plyonkalı şüşələr təkcə 100 minliklərdə deyil, 4-5 minlik maşınlarda da var. Yəni "day-day" məsələsi deyil.

Məqalədə : qara plyonka plyonka 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

20

Sentyabr
16:35
HÜQUQ,HADİSƏ
269

Günün qarşılaşmaları TV AFİŞA

20

Sentyabr
15:57
İDMAN
206

Bu il 150 milyondan çox sərnişin daşınıb

20

Sentyabr
15:56
NƏQLİYYAT
142

ABŞ kubalı diplomatları ölkədən qovur

20

Sentyabr
14:54
DÜNYA
128

Yol polisi ilə sürücü əlbəyaxa oldular - VİDEO

20

Sentyabr
14:15
HÜQUQ,HADİSƏ
350

"Huawei Mate 30"smartfonu nümayiş olunub - VİDEO

20

Sentyabr
12:39
MARAQLIDIR
261

Naxçıvanda KİVDF yaradıldı

20

Sentyabr
12:25
ÖLKƏ
208

Şəmkirdə ağır yol qəzası baş verib

20

Sentyabr
12:12
HÜQUQ,HADİSƏ
163
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2019 22:21



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru