Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Avqust

2019
16:20
994
Bu il Azərbaycana 1.7 milyondan çox turist gəlib

2019-cu ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 187 ölkəsindən 1 milyon 777,4 min və ya 2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 7,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Gələnlərin 30,6 faizi Rusiya Federasiyası, 22,8 faizi Gürcüstan, 9,9 faizi Türkiyə, 7,2 faizi İran, 3,6 faizi Səudiyyə Ərəbistanı, 2,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,9 faiz olmaqla Ukrayna və Hindistan, hər birindən 1,5 faiz olmaqla Türkmənistan və İraq, hər birindən 1,4 faiz olmaqla Qazaxıstan, İsrail və Pakistan, 1,3 faizi Böyük Britaniya, 11,2 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 66,8 faizini kişilər, 33,2 faizini isə qadınlar təşkil edib.

Ölkəmizə yanvar-iyul aylarında gələnlərin sayında daha çox artım Misir (83,2 faiz), Hindistan (80,6 faiz), Türkmənistan (78,5 faiz), Çin (74,3 faiz), Səudiyyə Ərəbistanı (48,8 faiz), Macarıstan (48,1 faiz), Böyük Britaniya (30,9 faiz), Cənubi Koreya (30,9 faiz), Yaponiya (29,3 faiz), Polşa (27,7 faiz), Kanada (25,2 faiz), Almaniya (25,1 faiz) və Gürcüstan (23,4 faiz) vətəndaşları arasında qeydə alınıb.

2019-cu ilin yanvar-iyul aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 26,3 faiz artaraq 83,2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 6,7 faiz artaraq 655,1 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 57,8 faizi dəmir yolu və avtomobil, 41,4 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.(Trend)

Məqalədə : turist 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda tullantılar çeşidlənəcək

21

Sentyabr
14:36
DÜNYA
858

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
1008

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
824

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
849

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
400

Axtarışda olan 24 nəfər saxlanılıb

21

Sentyabr
10:19
HÜQUQ,HADİSƏ
822

Dünya bazarlarında neft ucuzlaşıb

21

Sentyabr
10:13
İQTİSADİYYAT
838

Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

20

Sentyabr
16:35
HÜQUQ,HADİSƏ
731
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2019 17:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru